Qızılca və məxmərək sürətlə artır?.. – Nazirlik açıqladı
Reportaj / 07.02.2019 14:01

Qızılcaya yoluxma hallarının qeydiyyatı davam edir. Bu xəstəliyə yoluxanların sayında dekabrla müqayisədə yanvar ayında elə də ciddi artım müşahidə olunmayıb.
Bu sözləriAxar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, hazırda qızılca əsasən 20 yaşdan yuxarı insanlar arasında qeydə alınır:
"Ölkədə qızılcanın yayılması ilə bağlı narahatlığa heç bir səbəb yoxdur. Bu xəstəlik əsasən yaşlı insanlar arasındadır. Onlar da vaxtı ilə peyvənd olunmayan, yəni bu infeksiyaya qarşı immuniteti olmayan insanlardır. Tək-tək hallarda uşaqlar da bu xəstəliyə yoluxa bilərlər. Peyvənd olanlar isə hətta qızılcaya yoluxan xəstə ilə təmas olsa belə, buna yoluxmur. Hazırda vətəndaşlarımızın qızılca və məxmərək əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var. Hər ay olduğu kimi, bu ay da ərazi tibb müəsissələrinə vaksin paylanıldı. Əgər hər hansı səbəbə görə valideynlər övladlarını peyvənd etdirməyiblərsə, gec deyil, onlar ərazi uşaq poliklinikalarına və tibb mərkəzinə müraciət etsinlər. Uşaqlara yaşına uyğun olaraq, müvafiq dozada vaksin vurulacaq. Böyüklər üçün olan peyvənd isə tamamilə fərqli olduğu üçün nazirlik tərəfindən 160 min vaksin sifariş edilib və mart ayında onun gətirilməsi gözlənilir”.
Afaq Əliyevə son vaxtlar uşaqların peyvənd olunması üçün daxil olan müraciətlərin sayında artım müşahidə olunduğunu bildirib:
"Yoluxucu xəstəliklərin çoxalması ilə bağlı yayılan məlumatlardan sonra valideynlər narahatlıq keçirib. Bu səbəbdən uşaqların peyvənd olunması üçün valideynlərin tərəfindən müraciətlər artıb. Bu çox yaxşı haldır”.
2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

2025-04-29
16:44 ŞƏRQİN LİDERİ

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

09:20 Göyərçin sülh rəmzi kimi

2025-04-28
00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

2025-04-23
23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
