reklam
USD
5 ℃
EUR
BAKI

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib

XƏBƏR / 14.02.2019 21:47
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki uşaq evinə baş çəkib

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncədəki uşaq evinə baş çəkiblər.
CarciTV xəbər verir ki, uşaq evinin direktoru Nazilə İsmayılova hazırda Gəncə şəhər uşaq evi üçün daha bir korpusun inşasının aparıldığını bildirdi. Qeyd edildi ki, tikinti işlərinə ötən ilin dekabrında başlanılıb. Burada iki yataq otağı, qış idman zalı, əmək və istirahət otaqları, yeməkxana və camaşırxana nəzərdə tutulub.
Mehriban Əliyeva uşaq evindəki şəraitlə tanış oldu, müəssisənin azyaşlı sakinləri ilə görüşdü.
Balacalarla səmimi söhbət edən Birinci vitse-prezident onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlandı.
Uşaqlar da Mehriban Əliyevanın ətrafına toplaşıb istək və arzuları ilə bölüşdülər, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışdılar.
Uşaqları böyük maraqla dinləyən Heydər Əliyev Fondunun prezidenti onlara yaxşı oxumağı tövsiyə etdi, bilikli və savadlı olmaq üçün təhsillərinə diqqətlə yanaşmalarının əhəmiyyətini vurğuladı.
Bu müəssisə 1997-ci ildən fəaliyyət göstərir və 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub, işıq, qaz və su xətləri yenilənib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb. İkimərtəbəli binada 4 yataq otağı, psixoloq, həkim, kompüter, əmək və istirahət otaqları, mətbəx və yeməkxana, böyük idman zalı var. Səksən nəfərlik uşaq evində hazırda 40-ı oğlan, 28-i qız olmaqla, ümumilikdə 68 uşaq tərbiyə alır. Onlardan 14 nəfəri azyaşlı, digərləri isə məktəblidir. Uşaqların təlim-tərbiyəsi ilə 50 nəfərlik işçi heyəti məşğul olur. Binanın həyətində uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün attraksionlar quraşdırılıb, ərazidə yaşıllıq sahələri salınıb.


Oxunub: 502






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim