reklam
USD
18 ℃
EUR
BAKI

Sahil Babayev: Martın 1-dən pensiyalar 116 manatdan 160 manata çatdırılacaq

XƏBƏR / 14.02.2019 21:55
Sahil Babayev: Martın 1-dən pensiyalar 116 manatdan 160 manata çatdırılacaq 

Fevralın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezident İlham Əliyevin təşəbbüsü əsasında minimum əmək pensiyasının artırılması üçün hazırlanmış qanun layihəsinə dair geniş mətbuat konfransı keçirilib.
CarciTV xəbər verir ki, mətbuat konfransında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan yeni qanunvericilik layihəsinin hazırlanaraq Milli Məclisə təqdim olunduğunu deyib: "Qanun layihəsinin Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında qəbul edilməsini gözləyirik. Əhalinin sosial müdafiəsində daha bir mühüm addım olan bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan, bir sıra kateqoriyalar üzrə 80 manatdan 160 manata çatdırılacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz yəni 75 manat, 26 min nəfərin pensiyasında 30 faiz - 37 manat, 74 min nəfərin pensiyasında 16 faiz - 27 manat artım olacaq. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı üzrə, yəni martdan dekabradək 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür".
Nazir, həmçinin deyib: "Ölkə başçısının əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısı bu istiqamətdə humanizm və sosial ədalət prizmasından yeni və mühüm addımların atılmasının ardıcıl xarakter almasına, eyni zamanda, həssas qruplara dövlətin dəstəyinin daha da güclənməsinə səbəb olub. Ötən il keçirilmiş seçkilərdə əhalinin mütləq əksəriyyətinin etimadını yenidən qazanaraq Prezident seçildikdən sonra dövlət başçısının ilk olaraq 2018-ci il 19 aprel tarixində imzaladığı Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Bu il yanvarın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşündə dövlətimizin başçısı şəhid ailələrinə qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini bəyan edib və həmin gün imzalanan daha bir Fərmanla birdəfəlik ödəmələrin verilməsi 2725 nəfər çox olmaqla 12 min 268 şəhidin vərəsələrini əhatə edib, bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait ayrılıb.
Eyni zamanda, ötən ilin avqustun 1-də şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və minik avtomobillərinin təqdim olunması tədbirində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib və həmin tədbirdən bir gün sonra ölkə başçısının imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına ötən il şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı 3 dəfədən çox artırılaraq 626-ya, indiyədək verilən mənzillərin sayı 6 min 654-ə çatdırılıb. Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə 6 min 144-ə çatıb.
Ölkə başçısının 2019-cu il 28 yanvar tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb və Prezident İlham Əliyevin tapşırığı ilə bu il azı 800 mənzilin verilməsi nəzərdə tutulub. Digər tərəfdən, 2019-cu il 30 yanvar tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər dövlətimizin başçısının müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb”.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı isə nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və "DOST” mərkəzlərinin yaradılmasına imkan verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan "DOST” layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdıracaq. Cari ilin birinci rübündə ilk "DOST” mərkəzi yaradılacaq. İl ərzində Bakıda 4 və 2019-2025-ci illərdə respublika üzrə isə 31 belə mərkəz açılacaq.
Sahil Babayev, həmçinin dövlət başçısının tapşırığı ilə pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış şəkildə qurularaq məmur-vətəndaş təması olmadan tam şəffaflaşdırıldığını, vətəndaşların onlar barədə bütün sosial məlumatlara və xidmətlərə əlçatanlığını təmin edən "E-sosial” internet portalının qurulduğunu, vahid məşğulluq portalının vacib komponenti kimi "Məşğulluq alt-sistemi”nin yaradıldığını deyib. O qeyd edib ki, həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə ötən il özünüməşğulluq proqramının əhatə dairəsi 6,5 dəfə genişləndirilərək 7,3 minə yaxın şəxsi əhatə edib. Onlardan artıq 5800-ü aktivlərlə (mal və materiallarla) təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə daha 7-8 min şəxs bu proqrama cəlb olunacaq. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan "İşsizin DOSTu” proqramı ödənişli ictimai işlərin sistemli və şəffaf təşkilinə imkan verməklə, bu il 30 min işsiz və işaxtaran şəxsin əmək müqaviləsi əsasında belə işlərlə təmin edilməsinə şərait yaradıb və onlardan artıq 25 mindən çox şəxs ödənişli ictimai işlərlə təmin olunub.
S.Babayev bildirib ki, ümumən son 15 ildə Azərbaycanda əməkhaqlarında 7 dəfə, eləcə də minimum əməkhaqlarında 6,5 dəfə artım özünü göstərib. Əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 2019-cu il 8 fevral tarixli Sərəncam cari il martın 1-dən minimum əməkhaqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40 faizinin və ya 600 mindən çox işçinin əməkhaqlarının artmasına imkan verib. Dövlətimizin başçısının xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları da əhatə edir. Müvafiq Sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub. Yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib.
Sonra Sahil Babayev jurnalistlərin suallarını cavablandırıb.


Oxunub: 307






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim