reklam
USD
10 ℃
EUR
BAKI

Avstriyalı mütəxəssislərdən mənzillərin günəş işığı ilə təminatına dair yenilik

XƏBƏR / 17.02.2019 01:13
Avstriyalı mütəxəssislərdən mənzillərin günəş işığı ilə təminatına dair yenilik

Yeni mənzil almaq istəyənlər və ya özlərinə şəxsi ev tikənlər çox vaxt həmin yaşayış obyektlərinin günəş işığı ilə nə dərəcədə təmin olunmasını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məhz buna görə də Avstriyanın Ştiriya əyalətində bir qrup inşaat mühəndisi mobil telefonlar üçün yeni proqram təminatı (app) hazırlayıblar.
CarciTV xəbər verir ki, hələ ki, məhdud ərazidə istifadəsi mümkün olan app ilə həm gün ərzində, həm də ilin müxtəlif mövsümlərində hər hansı bir tikinti obyektinin işıq və birbaşa günəş şüaları ilə nə dərəcədə təmin olunmasını müəyyən etmək mümkündür. Qrats şəhərində yerləşən Hillebrand tikinti firmasının beş əməkdaşının hazırladığı yeni app ilə 360 dərəcəli turların köməyi ilə tikilməsi nəzərdə tutulan obyektlərin modeli virtual şəkildə qurulur və bu zaman həmin obyektin işıq və günəş şüaları ilə təminatı ətrafdakı binalar, bitki örtüyü və relyef nəzərə alınmaqla hesablanır. İnşaat proqramçılarının yarım il ərzində ərsəyə gətirdikləri app sayəsində tikinti obyektlərinin inşasından öncə işıqlanma şəraitini simulyasiya etmək imkanı yaranır. Hazırda "Google Earth”, "Google Street View” və əyalətin rəsmi məlumatlarına əsaslanan proqram təminatı binaların tikintisində pəncərə və balkonlar planlanmasına da təsir göstərəcək. Yeni tikilməkdə olan binalarla yanaşı, mövcud binalarda mənzil axtaran şəxslər bu binaların işıqlanma səviyyəsini həmin proqramla daha rahat müəyyən edə biləcəklər.
Hazırda test mərhələsində olan app Saalfelden şəhərində tikiləcək yeni yaşayış massivində sınaqdan keçirilir.


Oxunub: 467






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim