reklam
USD
4 ℃
EUR
BAKI

Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib

CANLI TV / 17.02.2019 01:29
Heydər Əliyev Sarayında "Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib

Azərbaycan Mədəniyyət Nazirliyinin və "Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında "Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
CarciTV xəbər verir ki, konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini paylaşdılar.
Vokal üzrə pedaqoq, Ukraynanın Əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək, yeni istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi. "Belə gözəl uşaqlarla işləmək mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi var və bu uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət yaddaşlarda qalacaq”, - deyə Rimma Şapovalova bildirdi.
Sonra möhtəşəm qala-konsert oldu. Festivalda çıxış edən iyirmidən çox gənc istedad Azərbaycanın və dünyanın məşhur hitlərini səsləndirdilər.
Sonda bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim edildi.
Qeyd edək ki, festivalda iştirak üçün 100-dən çox istedad müraciət etmişdi. Onların yalnız 21-i finala çıxıb.
Festivalda, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən olan ifaçılar iştirak ediblər.
Festivalın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq isə Rimma Şapovalovadır.


Oxunub: 440






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim