reklam
USD
27 ℃
EUR
BAKI

Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat oxunub

CANLI TV / 24.02.2019 22:19
Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat oxunub

CarciTV xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində jurnalistlər qarşısında oxuyub.
Bəyanatda deyilir: "Xocalı şəhərində 27 il bundan əvvəl ermənilər tərəfindən Türkiyə və Azərbaycan tarixinə qara gün kimi yazılan qanlı hadisə törədilib. Keçmiş SSRİ-dən bölgədə qalan motoatıcı alayın tam dəstəyini alan ermənilər tərəfindən Dağlıq Qarabağda yerləşən və təxminən 7 min əhalisi olan və bölgədə strateji əhəmiyyət daşıyan Xocalı şəhəri blokadaya alınıb və şəhərdə insanlıq tarixinin ən qəddar və amansız qətliamı törədilib.
Hazırda saxta "soyqırımı” iddiası ilə Türkiyəni günahkar çıxarmağa çalışan Ermənistanın dövlət rəhbərlərinin təlimatı əsasında erməni terrorçuları silahsız mülki əhaliyə divan tutub, 613 nəfəri vəhşicəsinə qətlə yetiriblər. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı insan olub. Şəhərdə bir neçə gün qətliam, talan və təcavüz davam edib, 1275 nəfər əsir götürülüb.
Əsirlikdən möcüzə nəticəsində xilas olanların ifadələri dəhşətlidir. Şəhidlərin meyitlərinin təhqir olunması, eləcə də başların dərisinin soyulması, gözlərinin çıxarılması, əzalarının kəsilməsi halları baş verib.
Xocalıda törədilən soyqırımı və vəhşilik saxta "Böyük Ermənistan” ideologiyası çərçivəsində erməni diaspor təşkilatları və şovinist dairələrinin, həmçinin onların arxasında dayanan bəzi imperialist qüvvələrin birgə əməlidir. Bu soyqırımı törətməkdə məqsəd Qarabağ bölgəsini Azərbaycan türklərindən təmizləmək olub.
Xocalı faciəsi təsadüf nəticəsində baş verən cinayət deyil. Əksinə, illərdən bəri ermənilər tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən məqsədli və planlı soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bu amansız və hiyləgər siyasət erməni diaspor və lobbiçi dairələrinin hərtərəfli dəstəyi, yadımı və təhriki ilə illərdən bəri həyata keçirilib”.
Bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ərazisinin beşdəbiri təcavüzkar Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində müvəqqəti məskunlaşıb.
Beynəlxalq ictimaiyyət Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistanın işğalçı siyasətinin son qoyulmasını, torpağından, ev-eşiyindən didərgin salınmış soydaşlarımızın öz yurdlarına qayıtmasını və günahkarların cəzalandırılmasını tələb etməlidir.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımını törədənləri bir daha şiddətlə qınayır, şəhidlərə Allahdan rəhmət diləyir, bu acını yaşayan ailələrə və bütün Azərbaycan xalqına başsağlığı verir.


Oxunub: 383






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim