reklam
USD
18 ℃
EUR
BAKI

Təbrizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

CANLI TV / 24.02.2019 22:21
Təbrizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

CarciTV xəbər verir ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Baş konsul Əliyənnağı Hüseynov Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərinin ən dəhşətlisi olan Xocalı soyqırımı barədə mərasim iştirakçılarına geniş məlumat verdi.
Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini yerlə-yeksan edib və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və tanınmaz hala salınanlar olub. Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Bununla yanaşı, 230 ailə öz başçısını itirib, 487 nəfər şikəst olub, 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyədək heç bir xəbər yoxdur.
Baş konsul bildirdi ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı ələ keçirmək üçün hər cür cinayət və vəhşiliyə əl atırdı. Xocalı soyqırımını törətməklə öz havadarlarının himayəsi ilə hərbi təcavüzün miqyasını daha da genişləndirdi. Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etdi. İşğal zamanı 20 min soydaşımız həlak oldu, torpaqlarımızın 20 faizi zəbt olundu, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi.
Xocalı faciəsi əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra aldı. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edildi. Bu gün Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olması üçün böyük səylər göstərir .
Baş konsul tədbir iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası haqqında da ətraflı məlumat verdi.
Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirildi. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış foto-stendə baxdılar, işğalçı Ermənistanın Azərbaycana qarşı terror və təcavüz aktlarını özündə əks etdirən kitablar, jurnallar, DVD filmlər və broşürlərlə tanış oldular.
Sonda ehsan süfrəsi açıldı.
Mərasimdə İranın Şərqi Azərbaycan Valiliyinin ictimai və mədəniyyət məsələləri üzrə Baş İdarəsinin müdiri Əli Bədr Şokuhi, Mədəniyyət və İslami İrşad Baş İdarəsi müdirinin birinci müavini Əli Piruzməneş, Təbriz şəhər İcra Hakimiyyəti başçısının siyasi və ictimai məsələlər üzrə müavini Səid Bərzigər, Xarici İşlər Nazirliyinin şimal-qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngör, həmçinin mətbuat nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak edirdilər.


Oxunub: 431






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim