reklam
USD
19 ℃
EUR
BAKI

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

CANLI TV / 25.02.2019 20:53
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

CarciTV xəbər verir ki, fevralın 25-də 132-134 saylı Təhsil Kompleksində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir YAP Səbail rayon təşkilatı və 132-134 saylı Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib.
Məktəbin direktoru Sara Xanlarova bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımı həqiqətlərinin məhz gənc nəslin nümayəndələrinin, məktəblilərin dilindən səsləndirilməsi və bu faciəvi hadisələrdən gələcəyimizin təminatçısı olan uşaqlarımızın ibrətamiz dərslər çıxarmasıdır.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və Azərbaycan tarixinin dərindən öyrənilməsində bu səpkidə tədbirlərin keçirilməsinin əhəmiyyət daşıdığını bildirib. O, I Pyotr dövründən başlayaraq ermənilərin düşünülmüş və məqsədyönlü şəkildə Azərbaycanın ən zəngin torpaqlarına köçürülməsi və bu çirkin siyasətin bolşevik Rusiyası dövründə də davam etdirilməsi haqqında ətraflı məlumat verib. Azərbaycan tarixinin ən hüznlü səhifələrindən biri olan Xocalı soyqırımının bütün insanlığa qarşı törədilmiş cinayət aktı olduğunu qeyd edən deputat XXI əsrin astanasında etnik zəmində törədilmiş bu dəhşətli qətliam haqqında beynəlxalq hüquq müdafiəçilərinin hələ də susmasının təəssüf doğurduğunu bildirib.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətləri və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il keçirilən silsilə tədbirlər haqqında məktəblilərə ətraflı məlumat verən deputat bildirib ki, məhz bu tədbirlər nəticəsində Xocalı soyqırımı hazırda dünyanın 13 ölkəsində parlament səviyyəsində, ABŞ-ın 22 ştatında parlament səviyyəsində və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb.
Şəmsəddin Hacıyev diqqətə çatdırıb ki, biz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olmalıyıq. Aprel hadisələri göstərdi ki, Azərbaycanın elə güclü və qüdrətli ordusu var ki, biz iki həftə ərzində nəinki Qarabağı, əzəli torpaqlarımızı da qaytara bilərik, Azərbaycan bayrağını İrəvanda da dalğalandıra bilərik. Bu gün dünyada beynəlxalq hüquq işləmir, BMT-nin qəbul etdiyi qərarlar işləmir. Hadisələrin təkrarlanmaması üçün gənclərimiz güclü, hazır, sağlam olmalı, yeni biliklərə yiyələnməlidirlər. Biz Vətənimizi, torpağımızı, milli dəyərlərimizi müqəddəs hesab etməliyik, bu dəyərlərimizə qəlbən bağlı olmalıyıq.
Tədbirdə Xocalı faciəsinin şahidləri xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonra məktəb şagirdlərinin ifasında Xocalı soyqırımı qurbanlarına həsr olunmuş və bu faciənin səbəbkarı olan erməni cinayətkarlarını ifşa edən təsirli ssenari əsasında qurulmuş ədəbi-bədii kompozisiya göstərilib.


Oxunub: 498






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim