reklam
USD
18 ℃
EUR
BAKI

Polis əməkdaşları arasında keçirilən qol güləşi və ağırlıq daşlarının qaldırılması yarışının qalibləri mükafatlandırılıb

CANLI TV / 02.03.2019 18:36
Polis əməkdaşları arasında keçirilən qol güləşi və ağırlıq daşlarının qaldırılması yarışının qalibləri mükafatlandırılıb

CarciTV xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) İdmаn Cəmiyyətində qol güləşi (armreslinq) və ağırlıq daşlarının qaldırılması yаrışı keçirilib. 

DİN-in mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxətdinova yarışın açılış mərasimində çıxış edərək Azərbaycanın öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşadığını bildirib. Azərbaycanın bugünkü müasir inkişafının əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını qeyd edən Z.Meftaxətdinova deyib ki, bu gün bu uğurlu inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilir. Dövlətimizin başçısının diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
İdman cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb. Bildirilib ki, əsasən dənizçilər arasında yaranan qol güləşi idman növü kimi yüz ilə yaxındır tanınır. İdman daşlarının qaldırılması hərəkəti pəhləvanlardan miras qalıb. Güc, dözüm və çevikliyi təcəssüm etdirən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışdır. Fiziki gücün yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda komanda hesabında ilk üçlükdə Daxili Qoşunların Baş İdarəsinin (DQBİ), Baş Mühafizə İdarəsinin (BMİ) və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qərarlaşıblar.
Yarışda Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndələri hakimlik ediblər.
Qol güləşi yarışında müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Elnur Vəliyev (65 kq, DQBİ), Röyal Abbaslı (70 kq, DQBİ), Rəşad Muradov (75 kq, BMİ), Ənvər Əmirli (80 kq, DQBİ), Rasim Şirinov (85 kq, Sumqayıt ŞPİ), Zamir Səfərbəyov (90 kq, BMİ) və Vüsal Məmmədov (+90 kq, BŞBPİ) yarışın baş mükafatını qazanıblar.
Ağırlıq daşlarının qaldırılmasında Rəşad Həsənov (65 kq, Naxçıvan MR DİN), Akif Müslümov (70 kq, DQBİ), Elvin Dövlətov (75 kq, DQBİ), Alim Sevindikzadə (80 kq, Sumqayıt ŞPİ), Cavid Musayev (85 kq, ƏÇPA), Əli Bayramov (90 kq, DQBİ) və Azər İbrahimov (+90 kq, Gəncə Şəhər BPİ) birinci yerə layiq görülüblər.
Yarışın idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Zaur Məcidov, Mahir Əhmədov, polis kapitanları Munir Orucov və Aydın Həşimov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov ötən il MDB dövlətlərinin güc qurumları arasında idmanın daş qaldırma növü üzrə turnirə ilk dəfə qatılan DİN-in komandasının yüksək nəticələr göstərərək ümumi hesabda bürünc medal qazandığını diqqətə çatdırıb. O, əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın təcrübələrinin ildən-ilə artdığını deyib.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.


Oxunub: 531






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim