reklam
USD
18 ℃
EUR
BAKI

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə konsert olub

CANLI TV / 05.03.2019 00:30
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə konsert olub

Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin konserti olub.
CARCITV xəbər verir ki, xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpus nümayəndələri, deputatlar, ölkəmizin incəsənət xadimləri və ictimaiyyət nümayəndələri konsertdə iştirak ediblər.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək deyib ki, ötən 95 ildə Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin quruculuq yolunu davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun səyi ilə bu gün Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Artan imkanlar sosial-iqtisadi səviyyəyə də öz təsirini göstərib, muxtar respublikada elm, təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər siyasəti yeni inkişaf müstəvisinə çıxıb.
"Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan çiçəklənən diyardır”, - deyən Bəxtiyar Əsgərov çıxışını ümummilli liderimiz Heydər Əliyevin fikirləri ilə yekunlaşdırıb: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq".
Sonra konsert olub. Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, filarmoniyanın solistlərinin, aşıqlarının və Naxçıvan Uşaq Filarmoniyası üzvlərinin ifasında səslənən xalq və bəstəkar mahnıları, muğamlar və aşıq havaları alqışlarla qarşılanıb.


Oxunub: 482






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim