reklam
USD
6 ℃
EUR
BAKI

Yataqxanada yanğın nəticəsində yararsız hala düşən mənzillərin sakinlərinə müvəqqəti yaşayış yerləri ayrılıb

XƏBƏR / 07.03.2019 00:57
Yataqxanada yanğın nəticəsində yararsız hala düşən mənzillərin sakinlərinə müvəqqəti yaşayış yerləri ayrılıb

CARÇITV xəbər verir ki, martın 5-də Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar hökumət rəsmiləri hadisə yerində olub, həlak olanların ailə üzvlərinə başsağlığı veriblər.
Yanğın zamanı həyatlarını itirən şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi dövlət tərəfindən təşkil edilib.
Zərərçəkənlərlə görüşən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, tamamilə yararsız hala düşən mənzillərin sakinlərinə müvəqqəti yaşayış yerləri ayrılıb. Yataqxanada məskunlaşan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd edilir ki, artıq siyahıyaalma aparılıb. Yataqxananın üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən xəsarət alan 8 nəfər dərhal xəstəxanaya aparılıb. Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev həyatını itirib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək və müvafiq hüquqi addımlar atılacaq.


Oxunub: 421






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim