reklam
USD
11 ℃
EUR
BAKI

ADPU-da ustad dərsi

XƏBƏR / 12.03.2019 00:40
ADPU-da ustad dərsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Elm günü” ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun şöbə müdiri, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev filologiya fakültəsinin professor və müəllimləri, tələbələri üçün "Açıq kitabi-Dədə Qorqud” mövzusunda ustad dərsi keçib.

CARÇITV xəbər verir ki, tədbirdə universitetin filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova ədəbiyyatşünas alim Kamran Əliyevin elmi fəaliyyətindən danışıb, onun 20 kitabın, o cümlədən 12 monoqrafiya, 300-ə yaxın elmi məqalənin müəllifi olduğunu qeyd edib.
Professor Kamran Əliyev 1300 illik tarixi olan "Kitabi-Dədə Qorqud” dastanının tədqiqi üzrə 10 ildən artıq iş aparmasından, onu şifahi mətn kimi sübut etməyə çalışmasından söhbət açıb. O, dastanın ayrı-ayrı boylarından, dastanda işlədilən ifadələrdən elmi-nəzəri açıqlamalar verib, dastanın tarixinə dair bir sıra gizli məqamlara aydınlıq gətirib.
Professor Kamran Əliyevin eposun dili və onun lüğət tərkibi haqqında söylədiyi elmi-nəzəri fikirlər də böyük maraq doğurub.
Tədbirdə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov professor Kamran Əliyevin elmi yaradıcılığının əhəmiyyətindən danışıb. Bildirilib ki, müasir ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin inkişafında onun mühüm rolu olub.
Sonra professor Kamran Əliyev tələbələrin suallarını cavablandırıb.


Oxunub: 453






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim