reklam
USD
9 ℃
EUR
BAKI

Azərbaycanda sosial rifahın və iqtisadi inkişafın təminatını cənab Prezidentin həyata keçirdiyi siyasi kurs təşkil edir

MÜSAHİBƏ / 15.03.2019 09:14
Azərbaycanda sosial rifahın və iqtisadi inkişafın təminatını cənab Prezidentin həyata keçirdiyi siyasi kurs təşkil edir

   Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov
- Cənab nazir, Azərbaycanda aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas prioritet istiqamətləri hansılardır?
- Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi siyasətin əsas istiqamətlərindən biri olub. Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən və həyatımızın bütün sahələrinin tərəqqisinə yönələn siyasi kurs dayanır. Müstəqilliyimizin, təhlükəsizliyimizin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın dayanıqlığının əsas təminatını məhz bu siyasət təşkil edir. Aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb.
İqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın nəticəsidir. Bu nəticələr, tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi "Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur”.Ölkənin ərzaq təhlükəsizliyinə böyük töhvələr verən və əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunublar.
Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qlobal bazarlara daha sıx inteqrasiyanın təmin olunması, iqtisadi şaxələnmənindərinləşdirilməsi və yüksək artımın təmin olunması aparılan iqtisadi siyasətin əsas prioritetləridir. Bu siyasətin tərkib hissəsi kimi ərzaq təhlükəsizliyinin və ixrac potensialınıngücləndirilməsi, aqrar sahənin modernləşdirilməsi, intensiv inkişaf mexanizmlərinin daha çevik tətbiq edilməsi və fermerlərin maddi rifahının yüksəldilməsi aqrar sahədə dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.Bu istiqamətdə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorunması, məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha rasional istifadə edilməsi qarşımızda duran əsas vəzifələrə çevrilib.
Ən vacib prioritet istiqamətlərdən biri də sözsüz ki, aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olunmasıdır. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirildi. Forum fermerlərimizə, aqrar sahədə çalışanlara dünya təcrübəsi ilə tanış olmaq, innovasiyaların tətbiqi ilə məhsuldarlığın artırılması yollarını tanınmış ekspertlərlə müzakirə etmək imkanı yaratdı. Foruma olan böyük ictimai marağı nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək.

- Cənab Prezident tərəfindən 2018-ci ildə aqrar sahədə islahatlar davam etdirilib, struktur dəyişiklikləri aparılıb. Bu islahatlar Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinə necə təsir göstərəcək?
- Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün həyata keçirilən islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır. Məqsədləri reallaşdırmaq üçün kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsaslanmaq Kənd Təsərrüfatı Nazirliyi qarşısındabaşlıca vəzifələr kimi müəyyən edilib.
İslahatlar çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatların aparılması, qiymətləndirmə və proqnozlaşdırmanın, strateji planlaşdırmanın həyata keçirilməsi üçün potensialın yaradılmasıməqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin əsas funksiyaları kimi kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin formalaşdırılması, proqram və layihələrin hazırlanması müəyyən edilib.
Bundan başqa, aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə ötürülməsi, elmi-tədqiqat institutlarının məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi üçün institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəziformalaşdırılıb.
Eyni zamanda, aqrar islahatların vacib istiqamətlərindən biri olan bazara çıxış imkanlarının daha da gücləndirilməsi, istehsal vasitələri ilə təminatın və bu sahədə rəqabət mühitinin yaxşılaşdırılması məqsədilə Cənab Prezidentin Fərmanı əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar tədarük və təchizat” ASCtəsis edilib. Bu qurumun yaranması fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılmasını, kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemli şəkildə həyata keçirilməsini təmin edəcəkdir. Dövlət başçısının qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq: 
- aşağı qiymət və dövlət vəsaitinə qənaət;
- keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;
- ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;
- çevik və şəffaf idarəetməni təşkil etmək.
Cənab Prezidentin digər Fərmanı ilə  Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə Olunması üzrə Dövlət Xidmətinin bazasında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. "Aqrolizinq” ASC-nin portfeli, eyni zamanda kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli qiymətlərlə satışı funksiyaları yeni yaradılan Agentliyə verilib. Aparılan islahatlar nəticəsində bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarı liberallaşacaq, fermerlərin subsidiyalardan istifadə imkanları artacaq. Eyni zamanda maliyyə bazarına çıxış imkanları güclənməkləgüzəştli kredit və xidmətlər fermerlər üçün daha əlçatan olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq "Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.Fərmanda nəzərdə tutulduğu kimi, aqroservislər gələn ildən özəlləşdirilməyə çıxarılacaq. Bu tədbirlər fermerlərə göstərilən aqrotexniki xidmətin keyfiyyətini daha da artırmağa imkan verəcək.
Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə ölkə başçısının cari ilin iyulundaimzaladığı Fərmanla Nazirliyin rayon və şəhər idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılması aqrar sektorda keyfiyyətli xidmət təşkil edilməklə "vahid pəncərə” prinsipini tətbiq etməyə, şəffaflığı artırmağa, fermerlərlə əlaqələrin qurulması mexanizmini təkmilləşməyə imkan verib.
Yola saldığımız ildə görülən işlər sırasında Kənd Təsərrüfatı Nazirliyində və DAİM-lərdəFermerlər Şuralarının təsis edilməsini, Nazirlik yanında Aqrar Məşvərət Şurasının, müxtəlif növ məhsul istehsalçılarını özündə birləşdirən çoxsaylı Assosiasiyalarınformalaşdırılmasını da qeyd edə bilərik. İnstitusional islahatların tərkib hissəsi olan bu addımlar aqrarsahədə iqtisadi aktivliyin yüksəlməsinə, funksional fəaliyyətlərdə düzgün və səmərəli idarəçiliyin formalaşmasına, kəndli və fermerlərə yaxınlığın təmin olunmasına xidmət edir.
Aqrar sahənin inkişaf etdirilməsində ən vacib məsələlərdən biri ölkəmizdə kooperasiyanın inkişaf etdirilməsi və torpaqların konsolidasiyasıdır. Kooperasiyanın inkişafı istiqamətində təbliğat işlərinin qurulması, yerlərdən daxil olan təşəbbüslərə dəstəyin verilməsi məqsədilə Nazirlikdə fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb. 2018-ci ildə pay torpaqlarının könüllülük əsasında birləşdirilməsi nəticəsində pilot layihə olaraq Nazirliyin dəstəyi ilə ilk dəfə Sabirabad rayonunda "Birlik” İstehsal Kooperativi yaradılıb. Artıq Azərbaycanın müxtəlif bölgələrində belə kooperativlərin yaradılması ilə bağlı müraciətlər var və nazirlik könüllü birləşmə, kooperasiyanın üstünlüklərindən istifadə olunmasında maraqlı olan fermerlərin təşəbbüslərini bundan sonra da hərtərəfli dəstəkləyəcəkdir.

- Aparılan islahatlar, xüsusilə də kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi iqtisadi göstəricilərə necə təsir göstərib?
- Göstərilən geniş miqyaslı dövlət dəstəyinin nəticəsi olaraq yola saldığımız təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən olub. Cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4.6%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6.6%, heyvandarlıq məhsullarının istehsalı isə 2.7% artıb.
Qeyd edilən dövrə dənli və dənli paxlalı bitkilərin əkin sahələrindən (qarğıdalısız) 3059.9 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13.7% çox məhsul götürülüb, orta məhsuldarlıq 29.2 sentner/ha təşkil edib.
Bu il həm də yüksək əlavə dəyərin yaradıldığı ənənəvi sahələrin davamlı inkişafına nail olunması baxımından da əlamətdar olub. Dekabrın 21-i tarixinə olan operativ məlumatlara əsasən qəbul məntəqələrinə 228.5 min ton pambıq təhvil verilib. Bu il ötən illə müqayisədə pambıq əkini sahəsinin az olmasına baxmayaraq, 21 min ton daha çox pambıq tədarük edilib. Hazırda sahələrdən pambıq yığımı davam edir.
Cari ildə 514 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 2.1 dəfə çox olmaqla son 20 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5.7 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 13.3% çoxdur. 
2018-ci ilin yanvar-noyabr aylarında təxminən 889.4 min ton kartof (əvvəlki ilin müvafiq dövrü səviyyəsində), 1446.6 min ton tərəvəz (5.6% çox), 998.4 min ton meyvə və giləmeyvə (8.1% çox), 154.8 min ton üzüm (6.2% çox) istehsal edilib, 868.6 ton yaşıl çay yarpağı (12.5% çox) yığılıb, diri çəkidə ət istehsalı 3.0% artaraq 463.6 min ton, süd istehsalı 2.8% artaraq 1899.0 min ton təşkil edib.
İl ərzində 41.6 min hektar ərazidə təkrar əkin aparılıb, təkrar əkin aparılan sahələrin həcmi ötən illə müqayisədə 14.2% çox olub. Ümumilikdə təmiz herik şumu da daxil olmaqla 1057.2 min hektar sahə payızlıq əkin üçün şumlanıb. Gələn ilin məhsulu üçün 876.2 min hektar ərazidə dən üçün payızlıq bitkilər əkilib. Nəticələr ötən illə müqayisədə çoxdur, aqrotexniki qaydalara düzgün əməl olunması istiqamətində aparılan monitorinqlərin nəticələri növbəti ildə orta məhsuldarlığın daha da artacağını deməyə əsas verir. 
Həyata keçirilən tədbirlər həm ümumilikdə, həm də ayrı-ayrı məhsullar üzrə böyük həcmli artımların əldə olunması ilə yanaşı, ixracın həcminin və coğrafiyasının genişlənməsinə də zəmin yaradıb. Bu ilin ilk 10 ayı ərzində 63.8 milyon dollar pambıq lifi və 19.1 milyon dollar pambıq ipliyi ixrac olunub və bu məhsullar üzrə artımlar müvafiq olaraq 2.3 dəfə və 41.2% təşkil edib. Kənd təsərrüfatı məhsullarının ixracının əsasını təşkil edən təzə meyvə ixracı 205.6 milyon dollar olmaqla artım 7.9%, təzə tərəvəz ixracı 169.2 milyon dollar olmaqla artım 6.8% təşkil edib. Bundan əlavə 29.6 milyon dollar kartof (artım 14.7%), 6.2 milyon dollar meyvə və tərəvəz konservləri (artım 50.6%) ixrac olunub. 

- 2018-ci ildə aqrar sektorun infrastrukturunun yenidən qurulması istiqamətində hansı işlər görülüb?
- 2018-ci ildə cənab Prezidentin iştirakı ilə aqrar sahədə potensialın gücləndirilməsinə mühüm töhvə verə biləcək bir sıra kənd təsərrüfatı obyektlərinin açılışı olub. Əsaslı təmirdən sonra Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasıistifadəyə verilib. Aqrar elmin modernləşdirilməsi üzrə islahatlar çərçivəsində qeyd edilən müəssisələrlə yanaşı, digər elmi tədqiqat institutlarının inzibati-laboratoriya binalarının əsaslı təmiri başa çatdırılıb. İnstitutlarda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi üzrə aqroekologiya və aqrokimya, genetika və seleksiya, ilkin toxumçuluq və tingçilik, xəstəlik və zərərvericilərə nəzarət laboratoriyaları yaradılıb, istixana və toxum emalı məntəqələrii tikilib, müasir və məhsuldar meyvə bağları salınıb. İnstitutlarda yaradılan potensial hesabına fermerlər yüksək məhsuldarlığa malik toxum və tinglərlə təmin ediləcək.
Bildiyiniz kimi, Qarabağ atının genefondunun qorunması və tarixi şöhrətinin özünə qaytarılması məsələsi dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsinə dövlət başçısının göstərdiyi qayğı və dəstək, eləcə də bu məqsəd üçün ayırdığı vəsait hesabına müasir tələblərə tam cavab verən Qarabağ Atçılıq Kompleksi istifadəyə verilib. İnfrastrukturun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsiişi növbəti ildə də davam etdiriləcək.
2019-cu ildə qarşımızda aqrar sahənin dayanıqlı inkişafına ciddi təsir edə biləcək çoxsaylı vəzifələr durur. İlk növbədə Nazirlik tərəfindən yaradılmaqda olan "Elektron kənd təsərrüfatı” informasiya sisteminin formalaşdırılmasını başa çatdırmalıyıq. Bu sistemin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.
Bundan başqa, intensiv inkişaf mexanizmlərinin daha sürətli tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsində ciddi nəticələrə nail olmalıyıq. Texnoloji transferlərin dəstəklənməsi və resursqoruyucu texnologiyaların fəal tətbiqi sayəsində iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılmasını və ətraf mühitin qorunmasını təmin etməliyik.
Növbəti ildə də Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Cənab Prezidentin aqrar sahədə qarşımıza qoyduğu vəzifə və öhdəliklərin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə edəcək, verilmiş tapşırıqların icrası yüksək səviyyədə təmin olunacaqdır.


Oxunub: 429






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim