reklam
USD
6 ℃
EUR
BAKI

Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib

XƏBƏR / 20.03.2019 01:08
Prezident İlham Əliyev OPEC-in baş katibini qəbul edib

CARÇITV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

Dövlətimizin başçısı Məhəmməd Barkindoya dəvəti qəbul etdiyinə və "OPEC plus” ölkələrinin iclasında iştirakına görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını dedi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifinin şəxsən Məhəmməd Barkindo və təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilməsini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev "OPEC plus”un yeni bir format olduğunu nəzərə alaraq, bu formatda ilk tədbirlərdən birinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etdi və bunu Azərbaycana olan dostluq və etimadın göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı "OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə, bunun da öz növbəsində neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə və bu qiymətin neftin istehsalçıları, istehlakçıları, şirkətlər və ölkələr üçün məqbul olacağına əminliyini ifadə etdi.
OPEC-in baş katibi Məhəmməd Barkindo, ilk növbədə, dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, hələ 1846-cı ildə dünyada ilk dəfə sənaye üsulu ilə neftin Bakıda hasil olunduğunu vurğulayaraq, tədbir iştirakçılarının Azərbaycana gəlişini bir ziyarət kimi dəyərləndirdi. Məhəmməd Barkindo qeyd etdi ki, Prezident İlham Əliyev "OPEC plus” formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün üç il bundan əvvəl Davosda irəli sürüldüyünü məmnunluqla xatırladı. Azərbaycan Prezidentinin bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını və liderliyini yüksək qiymətləndirdi. O, ümumiyyətlə, "OPEC plus” formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Davosda "OPEC plus” əməkdaşlıq formatı ilə bağlı təşəbbüsünü xatırlayaraq, həmin vaxtdan bu günə kimi həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə etdi.
Söhbət zamanı Azərbaycan ilə OPEC arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, Cənub Qaz Dəhlizinin müvəffəqiyyətlə reallaşmaqda olduğu bildirildi.


Oxunub: 431






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim