reklam
USD
3 ℃
EUR
BAKI

Bağlanan banklarda krediti olanların nəzərinə – Pulunuzu belə alın

XƏBƏR / 22.04.2019 15:33
Bağlanan banklarda krediti olanların nəzərinə – Pulunuzu belə alın

 
"Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyət olaraq biz bank olmayan kredit təşkilatlarının və bağlanan bankların problemli müştərilərinin kompensasiyalarının ödənilməsi istiqamətində artıq ilk addımlarımızı atmışıq. Belə ki, bu gündən etibarən müştərilər 500 manatdan aşağı olan nağd kompensasiyanı "Azərpoçt” MMC-nin respublika üzrə 1497 poçt şöbəsinə yaxınlaşıb ala bilərlər”.
CarçıTV xəbər verir ki, bunu "Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova fed.az saytının sosial şəbəkədəki canlı yayımında bildirib. O qeyd edib ki, mayın 1-dən isə 500 manatdan yuxarı olan kompensasiyaları müştərilər "Azərpoçt” tərəfindən emissiya olunmuş kartlar vasitəsilə ala biləcəklər: "Vətəndaşlardan kart üçün heç bir ödəniş tələb olunmur. Eyni zamanda, kartlardan pulu nağdlaşdıranda da komissiya tutulmur. Vətəndaş pullarını istədiyi vaxt ala bilərlər”.
G. Gözəlova deyib ki, fərmanla 121 min nəfərə yaxın vətəndaşa kompensasiyaların ödənilməsi "Azərpoçt”un öhdəliyinə düşür: "Bunlardan 76 min 836 nəfəri 500 manatdan aşağı olan məbləğdir. Eyni zamanda, qurumun rəsmi saytında da həmin şəxslərin problemli kreditlərinə dair bölmə açılıb. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriyasını və fin kodunu daxil etməklə onlara ayrılan kompensasiyanın məbləğini və bu kompensasiyasını alacaq poçt şöbəsinin ünvanını dəqiqliklə öyrənə bilərlər. Ancaq müştərilər mütləq şəxsiyyət vəsiqəsini və ya onun sürətini təqdim etməlidirlər. Kompensasiyaların təqdim olunması istiqamətində göstərilən bütün xidmətlər pulsuzdur. Bundan əlavə, müştərilərə 1 illik kartlar təqdim olunur. Əgər vətəndaş hər hansı səbəbdən özünə aid bu kartları itirərsə və ya zədələyərsə o zaman növbəti dəfə müştəri müraciət edən zaman kartın emissiya rüsumu ödənilməlidir. Kart vasitəsilə kompensasiyanı alacaq müştərilər respublika üzrə "Azərpoçt” un 77 poçt şöbəsinə yaxınlaşıb öz kartlarını və fin kodlarını əldə edə biləcəklər.
Qeyd edim ki, müştərilərin koordinatları "Azərpoçt”a Palata tərəfindən ötürülüb. Ola bilər ki, bu və ya digər səbəbdən hansısa müştəriyə sms getməyib. Bu vətəndaşın aktiv telefon nömrəsini artıq işlətmədiyi halda olacaq. Bizə təqdim olunan nömrələrə sms göndəririk. Başqa hallarda isə sms- ləri hər hansı müştərilər görməzsə, vətəndaş məmnuniyyəti üçün "Azərpoçt” un rəsmi saytında ayrıca bir bölmə yaratmışıq. Ora daxil olmaqla məlumatları əldə edə bilərlər”.


Oxunub: 447






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim