reklam
USD
7 ℃
EUR
BAKI

Problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına aydınlıq

XƏBƏR / 22.04.2019 15:55
Problemli kreditlər üzrə kompensasiyaların qaranlıq məqamlarına aydınlıq

 
Problemli kreditlər üzrə kompensasiyaların verilməsinə bu gündən başlanılır. 
CarçıTV xəbər verir ki, bu barədə danışan iqtisadçı Vüqar Bayramov daxil olan müraciətlərlə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsinə ehtiyacın zəruri olduğunu bildirib.
– Əvvəl adı siyahıda olan və adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanlar nə etməlidirlər?
– Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşalar Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu hal ilə rastlaşan vətəndaşlarımız Palatanın yanında formalaşdırılan apellyasiya komissiyasına müraciət etməlidirlər. Müraciət palatanın internet səhifəsin üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraicətə baxıb cavablandırmalıdır.
– Kompensasiya almaq hüququ olduğunu iddia edən, amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız nə etməlidirlər?
– Belə vətəndaşlarımız da eyni ilə apellyasiya komisiyasına müraciət etməlidirlər.

İqtisadçı Vüqar Bayramov

– Əgər apellyasiya komissiyası vətəndaşın müraciətinə müsbət cavab verməzsə. o zaman növbəti addım nə ola bilər?
– Bu halda Azərbaycan qanunvericiliyinə uyğun olaraq belə vətəndaşlarımız məhkəməyə müraciət etməklə iddialarını davam etdirmək hüquqları var. Məhkəmə iddianı təsdiq etdiyi halda kompensasiyanın verilməsi mümkündür.
– Güzəştlər kompensasiya məbləğindən çıxılır, hesablanmış və artıq ödənilmiş faiz və cərimlər nəzər alınacaqmı?
– Qaydalara əsasən bankın tətbiq etdiyi güzəşt kompensasiya məbləğindən çıxılır, amma təəssüf ki, oxşar yanaşma artıq ödənilmiş cərimə və faizlərə aid deyil. Məsələn, vətəndaşımız bankdan 10 min dollara kredit alıb və ikinci devalvasiya zamanı onun əsas məbləği 6 min dollar olub. Daha sonra bank ona məzənnə fərqi daxil olmaqla 2000 manatlıq güzəşt tətbiq edib və borc bağlanıb. Bu zaman 2 min manat ona hesablanmış 4800 manat kompensasiya məbləğindən azaldılır. Təssəvvür edək ki, digər vətəndaşımız da 10 min dollar kredit götürüb və ona da 4800 manat kompenasiya hesablanıb amma devalvasiyadan sonra bank ona 2000 manatlıq artıq hesablanmış faiz və cərimə ödətdirib və həmin borc da bağlanıb. Bu zaman kompensasiya məbləğində vətəndaşın artıq ödədəiyi cərimə və faizlər nəzərə alınmır. Bu o deməkdir ki, mexanizm bank verdiyi güzəşti nəzərə alır amma bankın vətəndaşdan aldığı artıq vəsaiti nəzərə allnmır. Bu baxımdan da, bu məsələlərin vətəndaşın artıq ödənişləri nəzərə alınmaqla tənizmlənməsi məqsədəuyğundur.
– 10 min dollardan artıq olan kreditlərə kompensasiya veriləcəkmi?
– Biz 10 min dollardan artıq olan kreditlərə differensial olaraq güzəştin verilməsi ilə bağlı təkliflərimizi martın əvvələrində hökumətə təqdim etmişik və ümid edirik ki, bu məsələ yaxın zamanlarda həllini tapacaq. 10 min dollardan çox krediti olan vətəndaşlarımızın ilk 10 min dollar kreditinə kompensasiya verilməsini vacib hesab edirik.
– Bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır amma borcu digəri, yəni avtomobili alan ödəyib, bu halda kompensasiya necə ödəniləcək?
– Bizə olan müraciətlər göstərir ki, belə halların da sayı az deyil. Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədəyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər.
– Kompensasiyaların verilməsi nə zamanadək davam edəcək?
– Kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. Buna görə də, məhkəmə qərarı kompensasiya alacaq vətəndaşlar  və o cümlədən ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar.


Oxunub: 379






SON XƏBƏRLƏR

2025-01-19

22:04 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib

Product image

21:40 BİR QƏRİNƏ, İKİ İL

Product image

14:07 Qərənfil

Product image

13:51 20 Yanvar faciəsi

Product image

13:23 2025-ci ildə Avropanın ən təhlükəsiz aviaşirkətləri

Product image

13:14 18 yaşında ABŞ-yə getdi - Biznes həyatı, neft şirkətlərində karyera, investisiya...

Product image

13:10 Süni zəkadan tez-tez istifadə etmənin insan beyninə zərəri - Araşdırma

Product image

13:03 Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

Product image

13:00 Dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Product image

12:44 Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:35 Qırmızı qərənfillərdən don biçilən ziyarət yolu – FOTOREPORTAJ

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim