reklam
USD
11 ℃
EUR
BAKI

Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunmuş konfrans keçirilib

XƏBƏR / 29.04.2019 16:06
Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın 96 illiyinə həsr olunmuş konfrans keçirilib

Aprelin 29-da Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilmiş "Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.
carçıTV xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli liderin və görkəmli oftalmoloq-alimin məzarlarına tər güllər düzülüb, əklillər qoyulub və əziz xatirələri dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru professor Elmar Qasımov Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib: "Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Görkəmli alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi var. O, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Onun xeyirxah əməlləri, oftalmologiyanın inkişafına verdiyi töhfələr heç zaman unudulmayacaq".
Sonra mərkəzin elmi katibi, tibb elmləri doktoru Nazilə Rüstəmova tanınmış oftalmoloq-alimin həyatı və elmi fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.


Oxunub: 433






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim