reklam
USD
7 ℃
EUR
BAKI

Ulu Öndərin silahdaşları: Heydər Əliyev dahi şəxsiyyət idi

XƏBƏR / 05.06.2019 00:23
Ulu Öndərin silahdaşları: Heydər Əliyev dahi şəxsiyyət idi

Ulu öndər Heydər Əliyevin Moskvada işlədiyi illərdə onun silahdaşları olmuş, onunla birlikdə çalışmış insanlar Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gəliblər.

CarciTV xəbər verir ki, onlar Moskvada işlədiyi dövrdə (1982-1987) bilavasitə Heydər Əliyevin ətrafında olmuş, xarici və ölkəyə səfərlərində onu müşayiət etmiş, onun sağlamlıq durumunun qayğısına qalmış, təhlükəsizliyinə cavabdeh olmuş insanlardır.

Onlar deyirlər: "Biz Heydər Əlirza oğlunun etibarlı və sədaqətli köməkçiləri, silahdaşları və komandasıyıq!”.

O illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyi müdirinin müavini vəzifəsində çalışmış Vladimir Uxov, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, telerejissor, "Vremya” informasiya proqramının keçmiş baş rejissoru Kaleriya Kislova, Heydər Əliyevin şəxsi həkimi Aleksandr Borodkin, onun şəxsi mühafizə rəisinin müavini Viktor Nemuşkov, sürücü Vladimir Tupitsın qonaqlar arasındadırlar.

Əvvəlcə qonaqlar Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət ediblər və onun məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Trend informasiya agentliyində Heydər Əliyevin silahdaşları ilə Azərbaycanın KİV nümayəndələrinin görüşü olub. Qonaqlar Ulu Öndərin həyat və fəaliyyətinin Moskva dövrü ilə bağlı xatirələrini bölüşüblər.

Ümummilli liderin şəxsi həkimi (1987-1991) Aleksandr Borodkin Heydər Əliyevin həmişə yaxşı fiziki formada olduğunu, yorulmadan işləmək bacarığı ilə fərqləndiyini vurğulayaraq deyib: "Lakin 1987-ci ildə o, iri ocaqlı infarkt keçirdi və təcili surətdə xəstəxanaya yatırıldı. Heydər Əliyev çox güclü, iradəli şəxsiyyət idi. O, işinə qayıtmaq üçün tezliklə ayağa qalxmaq istəyirdi. Onunla hər mövzuda danışmaq olardı. Çox gözəl yumor hissinə malik idi. Onunla ünsiyyət həmişə xoş təəssüratlarla yadda qalardı”.

Ulu Öndərin sürücüsü Vladimir Tupitsın vurğulayıb ki, Heydər Əliyev xalqla, sadə insanlarla həmişə səmimi söhbət edər, onların problemləri ilə dərindən maraqlanardı. O deyib: "Heydər Əlirza oğlunu tam əminliklə mərhəmətli insan adlandırmaq olar”.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibliyi müdirinin müavini olmuş Vladimir Uxov isə fikirlərini belə ifadə edib: "Heydər Əliyev əqidəli lider idi. Bu gün Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını sözdə və kağızda deyil, real işlərlə - təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda irimiqyaslı layihələrə imza atmaqla, yeni məktəb binaları, uşaq bağçaları, xəstəxanalar inşa etdirməklə həyata keçirir. Heydər Əliyev Fondunun fəaliyyəti sərhəd tanımır”.

Sonra Heydər Əliyevin çox xarizmatik şəxsiyyət olduğunu, insanların dərhal onun cazibə qüvvəsinin təsiri altına düşdüyünü vurğulayan V.Uxov deyib: "O, hara gedirsə-getsin, dərhal hamının diqqətini özünə cəlb edirdi. Onda böyük liderlik istedadı vardı”. V.Uxovun sözlərinə görə, karyerası dövründə hər gün katibliyə daxil olan bütün məktubları tək-tək oxuyan ikinci dövlət xadimi tanımır. Heydər Əliyev imkan daxilində hamıya kömək edirdi.

V.Uxov onu da bildirib ki, Heydər Əliyevin silahdaşları onun mühafizə rəisi Aleksandr İvanovun məzarını ziyarət edərək, onu rus əsilli azərbaycanlı adlandırıblar.

Yeri gəlmişkən, görüşdə A.İvanovun xanımı İrina İvanova da iştirak edib. Ulu Öndər haqqında xatirələrini bölüşən İ.İvanovanın sözlərinə görə, mərhum həyat yoldaşı həmişə fəxr edirdi ki, belə böyük siyasi xadimlə birlikdə işləyir və ondan çox şey öyrənib.

Rusiya Federasiyasının Əməkdar İncəsənət xadimi Kaleriya Kislova, Heydər Əliyevin şəxsi mühafizə rəisinin müavini Viktor Nemuşkov da öz xatirələrini bölüşərək Ulu Öndərin inanılmaz xarizmasından, insanlarla dil tapmaq bacarığından, gözəl insani keyfiyyətlərindən söz açıblar. Onlar fikirlərini belə tamamlayıblar: "Heydər Əliyev dahi şəxsiyyət idi”.


Oxunub: 420






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim