Sərhədçilərimizin gücü: Hündür dalğalarda üzən gəmi, Aprel döyüşlərindəki PUA-lar - REPORTAJ
XƏBƏR / 14.08.2019 22:05

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş sərgi keçirilib.
Carcitv.Az xəbər verir ki, sərgidə müxtəlif ölkələrin istehsal etdiyi ən son model silah və avadanlıqlar nümayiş etdirilib.
Sərgiyə gələn vətəndaşlar istədikləri silahları əllərinə ala və onunla daha yaxından tanış ola bilərdilər. Hətta burada insanlara helikopter və gəmilərə minməyə belə icazə verilirdi.
Ən çox diqqətçəkən isə Azərbaycan istehsalı olan "Tufan” sərhəd gözətçi gəmisi olub.
"Tufan” gözətçi gəmisi 2019-cu ildə Azərbaycanda istehsal olunub vəDövlət Sərhəd Xidmətinin silahlanmasına verilib.
Gəmi bütün müasir avadanlıqlarla təchiz olunub. Qaçaqmalçılıqla mübarizə və dövlət sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulub. Gəmi sualtı, suüstü və hava hədəfləri ilə mübarizədə istifadə olunur.
Gəmidə artilleriya və raket qurğuları, sürətli hərəkəti təmin etmək üçün katerlər var. Həmçinin, gəmidə hekipoterin enişi və yüklərin boşaldılması mümkündür. Gəminin sürəti saatda 40-45 uzeldir. Gəmi yeddi baladək dalğada üzmə qabiliyyətinə malikdir.
Bundan başqa, "ZTR 70s” döyüş maşını Dövlət Sərhəd Xidməti tərəfindən tam modernləşdirilib.
Döyüş maşını yüksək manevr qabiliyyətinə malik olub bölmlərin qarşısında duran tapşırıqların yerinə yetirilməsi məqsədilə qısa vaxt ərzində təyin olunmuş yerlərə təhlükəsiz çatdırılması üçün təyin olunub.
Qülləsində quraşdırılmış 14,5 mm-lik KPVT və 7,62 mm-lik PKT pulemyotları güclü atəş vasitəsi olaraq düşmənin yüngül zirehli texnikalarını və canlı qüvvəsini məhv etməyə və atəş sistemlərini susdurmağa malikdir.
Modernləşdirmədən sonra döyüş maşının sürəti saatda 80 km-dən 120 km-ə artırılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusunu nümayiş etdirib.
"Maz” markalı zirehli avtomobildə yerləşdirilən qurğu 12 ədəd pilotsuz uçuş aparatını daşıya və havaya buraxa bilir. Qurğu yerləşdirildiyi avtomobildə 45 dərəcə bucaq altında hərəkət edə bilir.
Qurğuda İsrail istehsalı olan pilotsuz uçuş aparatı yerləşdirilə bilir. Qurğu döyüşə hazır vəziyyətə gətirilərkən doqquzdəqiqə ərzində özünü test edir və döyüşə hazır olub-olmaması barədə komanda verir. Test zamanı hər hansısa bir aparat və ya cihazda nasazlıq aşkarlanacağı təqdirdə qurğu avtomatik bloklanır.
Maşında yerləşdirilən "Harop” adlanan PUA 200 kilometr məsafədən idarə olunur. PUA hədəfi izləyir, yerini müəyyən edir və komanda vasitəsilə hücuma keçir. PUAhədəfi 100 faiz vurmağa qadirdir. Aparat 16 min metr hündürlükdə uçduğundan düşmənin onu görməsi, müəyyən edib vurması qeyri-mümkündür.
"Harop” 2016-cı ilin aprel döyüşlərində istifadə olunub və 100 faiz nailiyyət əldə edib.
7,62 mm-lik ST-308 "Yalquzaq” snayper tüfəngi snayperin fərdi silahı olaraq, optik nişangahla 1000 metrə qədər məsafələrdə müxtəlif növ görünən, hərəkət edən, açıq və maskalanmış tək hədəfləri dəqiq atəşlə məhv etmək üçün nəzərdə tutulub. Qeyri-avtomatik silahdır. Doldurulması, atəşin açılması, atəşdən sonra gilizin çıxarılması və yeni patronun lülənin patron yuvasına ötürülməsi atıcı tərəfindən çaxmaq mexanizmini əl qüvvəsi ilə hərəkət etdirməklə yerinə yetirilir.
Bundan başqa, sərgidə "Land Rover -110” (Sklet), "Mercedes G-270”, "Cobra” zirehli avtomobilləri, "K215 Skif” tank əleyhinə raket kompleksi, "Qırğı” və "Quzğun” adlı pilotsuz uçuş aparatları, "Mi-8” helikopterinin modernləşdirilmiş versiyası olan "Mi-17-1V” helikopterləri, "Yamaha-540 VK” markalı qar skuteri, "Tahor -250” paratraykı və "Tahor-200” paramotoru, "İqla-S” daşınan zirehli raket kompeksi, sənədlərin saxtalığını aşkar edən yeni müasir avadanlıqlar, xüsusi hazırlanmış itlər, dronlar və pilotsuz uçuş aparatları nümayiş etdirilib.
Samir İsayev
FOTO: Ramil Zeynalov
Video: Billurə Mikayıllı, Valeh Arifoğlu
2025-05-04
23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

2025-04-29
16:44 ŞƏRQİN LİDERİ

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

09:20 Göyərçin sülh rəmzi kimi

2025-04-28
00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

2025-04-23
23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
