ONUN BÖYÜK ÜRƏYİ
MÜSAHİBƏ / 05.09.2019 21:24
ONUN BÖYÜK
ÜRƏYİ
Mehriban
xanım Əliyevanın doğum gününə
Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,
Azərbaycanın birinci xanımı və Birinci
vitse-prezidenti, respublika Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı elçisi kimi onun
gördüyü işlər o qədər çoxcəhətli, o qədər dəyərli və əhəmiyyətlidir ki, onları
göz önünə gətirəndə qəlbən sevinir, Vətənə və xalqa böyük məhəbbət və xidmətin
parlaq nümunəsi ilə fəxr edirsən.
Hər il Mehriban xanımın doğum günündə mən
1994-cü ildə Amerikanın Hyuston şəhərində bu günü möhtərəm Prezidentimiz cənab
İlham Əliyevlə birlikdə necə qeyd etdiyimizi xatırlayıram. O vaxt Amerikada biz
Qərbin iri neft şirkətləri ilə sonralar "Əsrin müqaviləsi” kimi böyük şöhrət
tapmış məşhur Sazişlə nəticələnən gərgin danışıqlar aparırdıq və həmin o
xudmani məclisdə Azərbaycanın gələcəyi ilə bağlı arzularımızı səsləndirirdik.
Bu, böyük xoşbəxtlikdir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi
siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində
arzularımız çin olub, müstəqil Azərbaycan çiçəklənən diyara çevrilib.
Bu il mayın 10-da xalqımızın ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev
Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə ölkəmizin
Prezidenti mənə Heydər Əliyev Mükafatını
təqdim edərkən və mən bu yüksək mükafat üçün ona minnətdarlığımı bildirərkən 25
il bundan qabaq Hyustonda keçən həmin
günləri də xatırladım. Dedim ki, "Mən burada Birinci vitse-prezident Mehriban
xanım haqqında da bir-iki kəlmə söz demək istəyirəm. Biz 1994-cü ildə Hyustonda
olanda Mehriban xanım da bizimlə idi. Bizə həmişə öz məsləhətlərini verirdi, bunu belə edin, buna belə baxın. Ən vacibi isə o idi ki, biz
gedəndə arxamızca su atırdı ki, işimiz uğurlu olsun”.
Mən artıq 67 ildir neft sənayesində
çalışıram. Azərbaycanın inkişafı Heydər Əliyevlə başladı, indi bu işi İlham
Əliyev davam etdirir. Mehriban xanım Azərbaycanın adını dünyanın çox ölkələrində
yüksəklərə qaldırıb.
Öz xanım-xatınlığı, nəcib və xeyirxah təşəbbüsləri
və çoxillik səmərəli fəaliyyəti ilə Mehriban xanım respublikamızda və
yaxın-uzaq ölkələrdə milyon-milyon insanın dərin rəğbətini qazanıb.
Respublikamızda o, sosial həyatın, mədəniyyət, incəsənət və idmanın inkişafı,
uşaq və gənclərin təlim-tərbiyəsinin təkmilləşdirilməsi işinə böyük əmək sərf
edir. Son illərdə ölkəmizdə keçirilmiş böyük beynəlxalq siyasi, elmi və mədəni
tədbirlər, incəsənət və idman bayramları Azərbaycanın Birinci
vitse-prezidentinin təşkilatçılıq məharətini parlaq şəkildə nümayiş etdirib,
respublikamızda və xaricdə ona böyük şöhrət
və rəğbət qazandırıb.
O, "Avroviziya- 2012” beynəlxalq musiqi
müsabiqəsi, "Bakı-2015” I Avropa Oyunları təşkilat komitələrinin sədri, Bakıda
keçirilən bir sıra digər böyük tədbirlərin ideya rəhbəri kimi Azərbaycanın beynəlxalq
nüfuzunun yüksəldilməsi işinə layiqli töhfələr verib. İlk Avropa Oyunlarının Azərbaycanda
yüksək səviyyədə keçirilməsində Mehriban xanımım xidməti ölkəmizin ali mükafatı
– "Heydər Əliyev” ordeni ilə qeyd olunub.
Dünyada Mehriban Əliyevanı doğma
xalqının həyatında, taleyində və ürəyində xüsusi yeri olan müdrik, xeyirxah,
humanist bir Azərbaycan xanımı kimi tanıyırlar. Milli və ümumbəşəri dəyərlərin zənginləşdirilməsi,
mərhəmət hissinin dünyanın hər yerində insanların mənəvi tələbatına çevrilməsi
işinə onun verdiyi töhfələr Rusiyanın
"Dostluq”, Polşanın"Xidmətlərə görə” Böyük Komandor Xaçı, Fransanın "Şərəf
Lügionu”, Pakistanın "Hilale Pakistan”, İtaliyanın "Xidmətlərə görə " Böyük Xaç
Kavaleri, Serbiyanın "Sreten”, Macarıstanın "Xidmətlərə görə” Komandor Xaçı
ordenləri, bir sıra digər dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların
mükafatları ilə qeyd edilib.
Mehriban xanımın böyük ürəyi ölkəmizin
və dünyanın heç bir probleminə laqeyd qalmır. Onun ürəyi daim böyük mərhəmət
hissi, yaxşılıq duyğusu və insanları həmişə xoşbəxt görmək arzusu ilə döyünür.
Azərbaycan neftçiləri Mehriban xanıma və ailəsinə möhkəm cansağlığı, uzun ömür, xalqımız və ölkəmiz üçün çox gərəkli fəaliyyətində yeni-yeni nailiyyətlər, daha nurlu günlər arzulayırlar.
Oxunub: 468
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim