reklam
USD
17 ℃
EUR
BAKI

“Baktelecom” Biləcəridə yenidənqurma işlərinə başlayıb

XƏBƏR / 11.09.2019 00:46
"Baktelecom” Biləcəridə yenidənqurma işlərinə başlayıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi MMC” ("Baktelecom”) Bakı şəhəri və ətraf ərazilərdə telefon, genişzolaqlı internet və digər multimedia xidmətlərinin beynəlxalq standartlarla təşkili istiqamətində irimiqyaslı infrastruktur layihələrini davam etdirir.

carciTV xəbər verir ki, "Baktelecom” Strateji Yol Xəritəsinə əsaslanaraq yüksəksürətli, genişzolaqlı telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsi və tətbiqi istiqamətində "Evədək optika” layihəsinin əhatə dairəsini mərhələli şəkildə genişləndirir. Artıq Biləcəri qəsəbəsində də yenidənqurma işlərinin icrasına başlanılıb. Qəsəbədəki köhnə və yeni tikililərdə olan mənzillərdə telekommunikasiya xətlərinin yenilənməsinə və müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənməsinə başlanılıb.
Bakı şəhəri üzrə 60 minədək mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, sakinlər bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətləri ilə təmin olunublar. Hazırda paytaxtın mərkəzi küçələrində yerləşən yaşayış binaları ilə yanaşı, əhalinin sıx məskunlaşdığı Yasamal, Xətai və Nizami rayonlarında, eləcə də Qaradağ və Suraxanı rayonlarında da mənzillərin optik şəbəkəyə keçirilməsi prosesi aparılır.
Layihə fiber-optik xətlər üzərindən 100 Mbit/saniyəyə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında tətbiq edilir.


Oxunub: 454






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim