reklam
USD
13 ℃
EUR
BAKI

Ombudsman “Sülh aylığı” çərçivəsində “Bilik günü” ilə bağlı silsilə tədbirlər keçirib

XƏBƏR / 17.09.2019 23:35
Ombudsman "Sülh aylığı” çərçivəsində "Bilik günü” ilə bağlı silsilə tədbirlər keçirib


carciTV xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 21sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı elan etdiyi "Sülh aylığı” və ölkəmizdə qeyd olunan "Bilik günü” ilə əlaqədar Füzuli rayonunda və Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində silsilə tədbirlər keçirib.
Ombudsman Aparatından bildirilib ki, səfər çərçivəsində müvəkkil 6 saylı Qayıdış qəsəbəsində körpələr evi-uşaq bağçasında olub, valideynlər, qəsəbə sakinləri, müəssisə əməkdaşlarının iştirakı ilə bağçanın yaradılmasının 40 illik tədbirində iştirak edib. Müvəkkil müharibə illərində çadır düşərgəsində yerləşmiş bu müəssisənin fəaliyyətini dayandırmadığını deyib, həmin dövrün çətinliklərini, müəssisə işçilərinin fədakarlığını diqqətə çatdırıb.
Sonra Zobucuq qəsəbəsinə gedən ombudsman Füzuli Rayon Xəstəxanasında olub, müəssisənin işçiləri ilə əhalinin hüquqlarının təmin olunması istiqamətində müzakirələr aparıb.
Müvəkkil, həmçinin Füzuli rayonunun orta ümumtəhsil məktəblərində, eləcə də şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində, uşaq bağçasında olub, müəllim və şagirdlərlə, valideynlər və kənd sakinləri ilə görüşüb.
Daha sonra E.Süleymanova Müdafiə Nazirliyinin təmas xəttində yerləşən N saylı hərbi hissəsində düşmənlə üzbəüz cəsarətlə dayanan əsgər, gizir və zabitlərlə görüşüb.
Səfər çərçivəsində müvəkkilə müraciət etmiş vətəndaşlar da qəbul olunub və müraciətlərin çoxu yerində müzakirə olunmaqla həll edilib.


Oxunub: 581






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim