reklam
USD
13 ℃
EUR
BAKI

Bakı Dövlət Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb

XƏBƏR / 17.09.2019 23:36
Bakı Dövlət Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb

carciTV xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin birinci kurs tələbələri ilə görüşü olub.

BDU-dan bildirilib ki, rektor əvvəlcə Jurnalistika, Biologiya, Tarix və Filologiya fakültələrinin tələbələri ilə ayrı-ayrılıqda görüşüb.
E. Babayev tələbələrə respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamış universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb. O, universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək bəzi auditoriya və konfrans zallarının, laboratoriya və dəhlizlərin, o cümlədən yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini diqqətə çatdırıb.
Davamlı olaraq tələbələrlə görüşəcəyini vəd edən rektor bildirib ki, tələbələrin istək və arzuları, təklif və problemləri olacağı təqdirdə əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının "Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.
Bakı Dövlət Universitetinin 100 yaşının tamam olduğu ildə onun tələbələri sırasına qoşulmağın şərəfindən danışan rektor nümunəvi tələbə, yaxşı vətəndaş olaraq ölkənin, universitetin, ailənin və dostların etimadını doğrultmaq, milli-mənəvi dəyərlərə ehtiramla yanaşmaq, universitet təəssübkeşi olmaq, onun şərəfini və heysiyyatını qorumaq istiqamətində bəzi tövsiyə və məsləhətlərini verib.


Oxunub: 428






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim