reklam
USD
6 ℃
EUR
BAKI

Sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib carciTV xəbər verir ki, sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı videogörüntü yayılıb.

XƏBƏR / 19.09.2019 00:47
Sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı hərəkətlərinə hüquqi qiymət verilib

carciTV xəbər verir ki, sosial şəbəkələrdə sürücünün yol polisi inspektorunu təhqir etməsi ilə bağlı videogörüntü yayılıb. Sürücünün bu hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən hüquqi qiymət verilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin verdiyi məlumata görə, İdarədə aparılan ilkin araşdırma zamanı müəyyənləşdirilib ki, sentyabrın 17-də günorta saatlarında 1967-ci il təvəllüdlü, Yasamal rayonunda müvəqqəti qeydiyyatda olan Fəxrəddin Nəsirov idarə etdiyi "KİA” markalı avtomaşınla Nərimanov rayonunun Xətai prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə və qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğuna görə yol polisi tərəfindən saxlanılıb.
Yol polisi sürücü F.Nəsirovun barəsində inzibati xəta haqqında protokollar tərtib etdikdə sonuncu aqressiv formada polis əməkdaşının ünvana etik çərçivədən kənar ifadələr işlədib, ona fiziki təzyiq göstərərək həmin yerdən uzaqlaşıb. Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sürücü Binəqədi rayonunda saxlanılaraq polis şöbəsinə gətirilib.
Vətəndaşla aparılan izahat və araşdırma zamanı o, şəkər və əsəb xəstəliyindən əziyyət çəkdiyini, əməlindən peşman olduğunu bildirib, polis əməkdaşlarından üzr istəyərək həmin vaxt anlaqsız vəziyyətdə olduğunu deyib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində davam etdirilən araşdırma zamanı toplanmış material əsasında, F.Nəsirov Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə məsuliyyətə cəlb olunmaqla, 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Oxunub: 393






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim