Balakən rayonu üzrə 2019-ci ilin I yarısında sosial-iqtisadi sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib
XƏBƏR / 24.09.2019 21:47
Balakən rayonu üzrə
2019-ci ilin I yarısında sosial-iqtisadi sahədə görülən işlər və qarşıda duran
vəzifələr barədə müşavirə keçirilib
İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı
təşkil edən Balakən rayonunda mövcud iqtisadi potensialdan səmərəli istifadə
olunması, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər
2019-cu ilin birinci yarısında da davam etdirilib. Belə ki, builki mövsümdə
balakənli kümçülər 44,1 ton yaş barama istehsal edərək "Azəripək” MMC-yə təhvil
veriblər. Proqnoz tapşırığa 102,6 faiz əməl olunub. Yaş barama istehsalı ötən
illə müqayisədə 14 tondan çox artıb. Rayon üzrə 311 nəfər kümçüyə 218,1 min
manat subsidiyanın, həmçinin baramanın dəyərinin ödənilməsi təmin edilib.
Bu barədə 2019-cu ilin altı ayının yekunları ilə bağlı
avqustun 9-da Balakəndə keçirilən müşavirədə məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin hesabat
məruzəsində bildirilib ki, 2019-cu ilin birinci yarısında Balakən rayonunda
ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz
artaraq 95,2 milyon manat olub. Birinci yarımillikdə kənd təsərrüfatı
məhsulları istehsalı 10,2 faiz, rabitə xidmətlərinin həcmi 8,2 faiz, tikinti
işlərinin həcmi 36,1 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 3,7 faiz artıb.
Bildirilib ki, cari təsərrüfat ilində balakənli fermerlər 450 hektar sahədə
tütün yetişdirirlər. Artıq təsərrüfatlarda tütün tədarükünə başlanılıb.
Mövsümün əvvəlindən indiyədək "Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən
emal məntəqəsinə 417 ton "Virciniya” növlü yaşıl tütün kütləsi, "Azəri”
Korporasiyasına 35 ton "Virciniya” növlü quru tütün, "İlham” MMC-yə 3,6 ton
"İmmuniy” növ tütün təhvil verilib.
Fındıqçılığın daha da inkişaf etdirilməsi məqsədilə bu ilin yaz aylarında
rayon ərazisində 400 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların
ümumi sahəsi 10 min 344 hektara çatdırılıb.
Qeyd
olunub ki, 2019-cu ilin birinci yarısında suvarma kanallarında 126,8 min
kubmetr, çaylarda 368,2 min kubmetr həcmində məcra təmizləmə, Mahamalar
kəndinin sel sularından müdafiəsi üçün Balakənçayın daş-beton bəndlərində 1600
kubmetr həcmində cari və əsaslı təmir işləri aparılıb. Əkin sahələrinin suvarma
suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının
ödənilməsi məqsədi ilə İtitala, Kortala, Püştətala, Qazma, Şambul, Xalatala,
Qaysa, Meşəşambul və Şərif kəndlərində, ümumilikdə, 9 subartezian və artezian
quyusu qazılıb.
Müddət
ərzində Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi davam etdirilib,
yolun əsası quraşdırılmaqla 6,1 kilometrlik hissəsinə iki lay asfalt-beton
örtük, 10,2 kilometrlik hissəsinə isə örtüyün alt layı döşənib.
Hesabat
dövründə Balakən şəhərində "ASAN xidmət” mərkəzinin inzibati binasının, Balakən
paylayıcı elektrik şəbəkəsinin inzibati binasının və idarəetmə mərkəzinin
tikintisi davam etdirilib, Tülü və İtitala kənd uşaq bağçalarının təmiri başa
çatdırılıb.
Müşavirədə, həmçinin 2019-cu ilin birinci yarısında əhalinin elektrik
enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması,
vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı
təhlil olunub.
Balakəndə
ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib
Yeni
təmir olunan İtitala kənd uşaq bağçasına baxış keçirilib
Balakən
rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
Balakəndə
tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz müsbət nəticəsini
verir.
Balakəndə
xurma istehsalçıları ilə görüş keçirilib
Gərəkli
kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb
Əmlak
Məsələləri Dövlət Komitəsinin Balakəndə yeni və müasir ərazi ofisi istifadəyə
verilib.
Balakən kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı uğurla yerinə yetiriblər.
Oxunub: 388
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim