Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib
XƏBƏR / 24.09.2019 23:26
Bakıda "Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya
keçirilib
carciTV xəbər
verir ki, sentyabrın 21-də Beynəlxalq Sahilyanı Təmizlik Günündə ölkənin nüfuzlu
şirkətləri, dövlət qurumları, müxtəlif təşkilat və yüzlərlə könüllülərin
iştirakı ilə keçirilmiş "Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya
çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizlənib.
"Coca-Cola”, "Bakcell”, "PAŞA Bank”
şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin, ASAN Könüllülük Məktəbinin təşkilatçılığı, həmçinin
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa
İttifaqına üzv ölkələrin səfirliklərinin, ADA Universiteti, "AzEkol”,
"Carlsberg Azerbaijan”, "Nargis” jurnalı, "ASAN Radio”, "Xəzər TV”, AFFA və
Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilmiş aksiya
çərçivəsində 700-dən çox insan sahilyanı ərazini 3 tonadək tullantıdan
təmizləyib.
"Xəzəri qoruyaq!” aksiyası çərçivəsində
toplanılmış tullantıların bölgüsü belədir: 1815 kiloqram qida qalıqları,
tikinti materialları və şüşə, 211 kiloqram plastmas, 30 kiloqram karton və
kağız, 15 kiloqram sellofan torba.
Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər
il sentyabrın 21-ni Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir.
Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan
təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on
minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan
təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir ki,
iştirak edir.
"Coca-Cola” bütün dünyada aktual olan
məişət tullantıları probleminin həllində fəal rol oynayır. Azərbaycanda artıq 9
ildir ki, çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin sahillərini hər
il çimərlik mövsümü bitdikdə məişət tullantılarından təmizləyərək insanları
ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırırıq. Çox şadıq ki, Azərbaycan
bu beynəlxalq hərəkatda hər il fəal iştirak edir və bu yolla biz, ölkəmizin,
Xəzər dənizimizin daha təmiz olmasına töhfəmizi vermiş oluruq”, - deyə
"Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə İctimaiyyətlə əlaqələr və
kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.
"Hər il daha çox insanın, xüsusilə də
gənclərin fəal şəkildə bu ekoloji aksiyaya qoşulduğunu müşahidə edirik və bu
fakt bizi sevindirməyə bilməz. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də
rəngarəng proqramı ilə böyük bir bayramdır. "Bakcell” şirkəti qarşıdakı illərdə
də bu böyük layihəyə dəstək verməyə hazırdır”, - deyə "Bakcell” şirkətinin PR
və Korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova
vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin
inkişafına verdiyi töhfəni vurğulayıb: "Hər ötən il aksiyaya qatılan
könüllülərin sayı durmadan artır. Builki aksiyaya 500 "ASAN könüllüsü”nün
qatılması gənclərin ekoloji layihələrə marağının artmasının bariz nümunəsidir.
Ekoloji layihələrin gənclərin həm də sosial məsuliyyətli fərd kimi
formalaşmasında xüsusi yeri var. Bu layihə sayəsində gənclər öz üzərilərinə
düşən məsuliyyəti dərk etmiş olurlar”.
"Xəzəri qoruyaq!” şüarı altında Buzovna
çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 3 tonadək tullantı qismən
emala göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il
çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə
üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji
durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə
məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları
təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və
qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin edilib.
Oxunub: 311
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim