reklam
USD
5 ℃
EUR
BAKI

ADAU-nun rektoru: Bölgələrdə torpaq-iqlim şəraitinə uyğun bitkilər becərilməlidir

XƏBƏR / 29.09.2019 22:51
ADAU-nun rektoru: Bölgələrdə torpaq-iqlim şəraitinə uyğun bitkilər becərilməlidir



Dövlətimizin qarşıya qoyduğu vəzifələrdən biri də bölgələrdə torpaq-iqlim şəraitinə uyğun olaraq bitkilərin becərilməsidir. Zaqatala rayonu fındıq bitkisinin becərilməsi üçün əlverişli şəraitə malikdir və tarixən burada fındıqçılıqla məşğul olublar. İstehsalçıların bu sahəyə elmi yanaşmalarını təmin etmək üçün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti də bu işlərdə daim fermerlərə kömək göstərirlər. Bu, həm də dövlətin, Kənd Təsərrüfatı Nazirliyinin tələbidir və biz buna əməl etməliyik.
Bu fikirləri II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı çərçivəsində Zaqatalada keçirilən simpoziumun iştirakçısı AMEA-nın müxbir üzvü, professor, ADAU-nun rektoru İbrahim Cəfərov deyib.
Dövlətin bu gün aqrar sahəyə böyük önəm verdiyini vurğulayan rektor bildirib ki, əslində bu, həm də sosial məsələdir. Dövlətimizin başçısının əsas mövqeyi ondan ibarətdir ki, kəndli yaxşı yaşasın, öz istehsalı ilə məşğulluğunu təmin etsin. Ona görə də, müxtəlif proqramlar həyata keçirilir, fermerlərə subsidiyalar ayrılır.
İ.Cəfərov deyib: "Smpoziumda fermerlərin elmi yanaşmasını təmin etmək üçün texnoloji xəritə hazırlanmasını təklif etdim. Məsələn, bitkinin becərilmə dövründən məhsul yığımınadək fermer nə etməlidir? Yəni, bitkiyə nə vaxt gübrə verməli, dibini belləməli, sanitar budamalar aparmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görməlidir. Bütün bu proseslər ADAU-nun müəllimləri tərəfindən texnoloji xəritə şəklində tərtib olunmalı və fermerlərə əyani olaraq nümayiş etdirilməlidir. Yalnız belə olduğu təqdirdə, yüksək məhsuldarlığa nail ola bilərik”.
Rektor vurğulayıb ki, bazar axtarmağa ehtiyac yoxdur, Azərbaycanın keyfiyyətli fındığını almaq istəyənlərin sayı çoxdur. Fındıq ixracından hər il ölkəmiz milyonlarla manat gəlir götürür.


Oxunub: 383






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim