reklam
USD
5 ℃
EUR
BAKI

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar

XƏBƏR / 30.09.2019 23:51
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk günündə 3 ay ərzində qurumun Nazirlər Komitəsinin gördüyü işlər barədə hesabat məruzəsi təqdim edilib.

carciTV xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinə hazırda Fransa başçılıq edir. Nazirlər Komitəsinin Fransa sədrliyi üzrə təmsilçisi - Fransanın Avropa və Xarici İşlər Nazirliyi nəzdində dövlət katibi Ameli dö Monşalən görülmüş işlər və perspektivlər haqda geniş məlumat verdikdən sonra parlamentarilərin suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin sədrliyinin təmsilçisi - Fransanın dövlət katibinə Azərbaycan üçün son dərəcə əhəmiyyət daşıyan qaçqınlar və məcburi köçkünlər məsələsi ilə bağlı sualla müraciət edib. O, bu problemlə ATƏT-in Minsk qrupunun bilavasitə məşğul olduğunu, lakin Avropa Şurasının da məsələ ilə əlaqədar birbaşa öhdəliklərinin olduğunu xatırladıb və Nazirlər Komitəsini konkret addımlar atmağa dəvət edib. Azərbaycan təmsilçisi Nazirlər Komitəsinin Ermənistan rəhbərliyindən Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə əlaqədar son dəfə nə zaman hesabat tələb etdiyini soruşaraq deyib: "Avropalıların bir hissəsi təəssüflər olsun ki, öz vətənlərində məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Ev-eşiklərindən, ata-baba yurdlarından didərgin salınan bu insanlar hərbi təcavüz və etnik təmizləməyə məruz qalıblar. Bu ağır problemin zərbəsi Azərbaycana da dəyib. Azərbaycanda da yüz minlərlə insan Ermənistanın işğalı nəticəsində məcburi köçkünə çevrilib. Suallarımıza ənənəvi cavabları çox eşitdiyimizdən, qabaqcadan deyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə həll yollarının axtarılması ilə əlaqədar ATƏT-in Minsk qrupunun xüsusi mandatı olduğundan xəbərdarıq. Bunu da bilirik ki, Avropa Şurası bu münaqişə ilə bilavasitə məşğul deyil. Ancaq məni təəccübləndirən budur ki, Avropa Şurasını, xüsusilə onun Nazirlər Komitəsini bu məsələ ilə bağlı təsirli tədbirlər görməyə nə mane olur? Axı Avropa Şurası üzvlüyünə qəbul edilərkən Ermənistanın götürdüyü başlıca öhdəliklərdən biri məhz bu münaqişəyə sülh yolu ilə son qoymaq, məcburi köçkünlərin öz doğma yaşayış yerlərinə qayıdaraq həyatlarını davam etdirməsinə imkan yaratmaq idi. Bu problemi Nazirlər Komitəsi Ermənistan rəsmiləri qarşısında sonuncu dəfə nə zaman qaldırıb və onlardan Avropa Şurası qarşısında götürdüyü öhdəliyi yerinə yetirmələrini tələb edibmi?”
Fransanın dövlət katibi, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri xanım Ameli dö Monşalən deputat Rafael Hüseynovun sualına cavab olaraq bildirib ki, həqiqətən bu mövzu çox ağırdır və Nazirlər Komitəsi həmin məsələni daim diqqətdə saxlayır. O, Avropa İnsan Haqları Məhkəməsində qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin qaldırıldığını və Avropa Şurasında da bu müzakirələrin heç vaxt gündəlikdən kənarda qalmadığını söyləyib.
A.Monşalən məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasının mütləq olduğunu bəyan edərək, ATƏT-in Minsk qrupu ilə yanaşı, Nazirlər Komitəsinin də bu istiqamətdə gələcəkdə daha fəal olacağını, səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəyini deyib.


Oxunub: 405






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim