reklam
USD
17 ℃
EUR
BAKI

Təbiətdəki möcüzəvi bitkilər – Dərmanların əvəzləyiciləri

NƏŞR / 02.10.2019 00:43
Təbiətdəki möcüzəvi bitkilər – Dərmanların əvəzləyiciləri



Son illərdə sağlam həyat və sağlam qidalanma vərdişlərinə maraq getdikcə artır. İnsanlar dərman preparatlarından çox təbii vasitələrlə müalicəyə üstünlük vermək istəyir.

Təbiətdə rast gəldiyimiz bir çox bitkilər və meyvələr insan sağlamlığı üçün faydalıdır, effektiv müalicə vasitələridir.
Milli.Az medicina.az-a istinadən həmin bitki və meyvələr haqqında qısa məlumatı təqdim edir.
 

Palıd - Meşələrimizdə çox rast gəlinən ağac növlərindən biridir. Müxtəlif hissələrindən istifadə edilir. Meyvəsinin qidalılığı çoxdur. Dəri xəstəliklərində istifadə olunur. Bir çox növü vardır. Biri də "Qırmızı kitaba" düşmüş Şabalıdyarpaq palıddır.
 

Yemişan - Ağac bitkisidir. Qara və qırmızı rəngli meyvələri olur. Qırmızı meyvələri təzyiqi qaldırır, qara meyvələri isə təzyiqi aşağı salır. Çiçəkləri və yarpaqları ürək xəstəliklərinin müalicəsində istifadə edilir. Çox böyük faydaları vardır.
 

Qoz - Omeqa 3 ilə zəngindir. Ürək xəstəliklərində və tərkibi yodla zəngin olduğu üçün yod çatışmazlığı xəstəliklərində istifadə olunur.
 

İtburnu - Geniş yayılan və tez-tez rast gəldiyimiz kol bitkisidir. Yüksək arterial təzyiq zamanı, həm də qrip və soyuqdəymə zamanı da geniş istifadə edilir. Azərbaycanda 42 növü vardır. Tərkibi C, K, A vitaminləri ilə zəngindir.
 

Üzərlik - Yarı çöl bölgələrimizdə yabanı halda rast gəlinir. Sinir xəstəliklərində və yüksək təzyiqdə istifadə olunur. Yuxu gətiricidir.
 

Quşüzümü - İki növündən istifadə edilir. Bir növünə yuxugətirən quşüzümü deyirlər. Meyvəsinin dadı acıdır, sulu olur, sakitləşdirici təsirə malikdir. Əsasən dəri xəstəliklərində istifadə edilir. Digər növünə müasir dövrdə yergilası deyirlər. Meşələrdə yabanı halda rast gəlinir.
 

Qara zirə - Başqa adla çörək otu bitkisi də deyirlər. Azərbaycan mətbəxində və təbabətində qədim zamanlardan istifadə edilir.
 

Kəklik otu - Bu bitkinin Azərbaycanda bir neçə növü vardır. Dağ çaylarının ətrafında rast gəlinir. Oynaq ağrıları və iltihab əleyhinə müalicəvi əhəmiyyətə malikdir.
 

ƏTRAFLI
snickersni.az
Bənövşə - Münbit torpaqlarda rast gəlinən bu gül bitkisi, insan sağlamlığı üçün faydalıdır. Susuzluğu yatıran, qan təzyiqini aşağı salan ən yaxşı vasitələrdəndir.
 

Dəvətikanı - Azərbaycanın bütün bölgələrində quraq və susuz ərazilərində rast gəlinir. Qızdırma üçün olduqca faydalıdır.
 

Nanə - Dünyada 25, Azərbaycanda isə 4 çeşidi var. Bu bitkidən ürək ağrılarının müalicəsində istifadə edilir. Həmçinin antiseptink, sakitləşdirici kini də geniş istifadə olunur.
 

Çobanyastığı - Xassəcə isti və qurudur. Antiseptik təsiri var. Bir çox dərmanlarda kosmetik vasitələrdə çobanyastığı bitkisinə rast gəlinir. Çox böyük faydaları vardır.
 

Dağ laləsi - Adından göründüyü kimi dağlarda, əkin sahələrində yabanı halda rast gəlinir. Gözəl görünüşü vardır. Ləçəkləri sakitləşdiricidir.
 

Gicitkən - İsti və quraqlıq sevən bitkidir. Təzə və quru yarpaqlarından, kökünün şirəsindən və toxumundan istifadə edilir. Bu bitki qanda şəkərin miqdarını aşağı salır.
 

Azərbaycanın münbit torpaqlarında bitən hər bir bitkinin böyük faydaları vardır. Çox təəssüflər olsun ki, hal-hazırda bir çox bitki növləri "Qırmızı kitab"a daxıl olub. Məsələn, ardıc, qaraçəhrə, xarıbülbül, şabalıdyarpaq palıd və s.
Bu bitkilər kimi digər bitkilərin də "Qırmızı kitab"a daxıl edilməsini qarşısını almaq, onları qorumaq lazımdır.
Təbiəti qorumaq elə insanları qorumaq deməkdir. Təbiətə göstərdiyimiz hər bir qayğını o, bizə şəfa olaraq geri verir.


Oxunub: 652






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim