Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürdü - VIDEO
RƏSMİ / 17.10.2019 13:59
İlham Əliyevdən faşizmi yaşadan Ermənistana daha bir sarsıdıcı zərbə
Azərbaycanın ərazisinin 20 faizi işğal olunub!
Bu həm də qorxaq və maymaqların, səriştəsizlərin, milli maraqlara xəyanət edənlərin ölkə rəhbərliyinə gəlməsinin nəticəsidir!
Bu gün Azərbaycanın həll edə bilmədiyi tək bircə problemi var: o da məhz torpaqların işğaldan azad edilməsidir!
Torpaqların işğaldan azad olunması üçün Prezident İlham Əliyevin başçılığı ilə zəruri olan bütün addımlar atılıb:
BELƏ Kİ AZƏRBAYCAN:
* İqtisadi cəhətdən güclənib, dünyanın marağını regiona cəlb edən transmilli layihələr reallaşdırıb, Cənubi Qafqazın şəriksiz lideri olub;
* Siyasi nüfuzu yüksəlib, dünyaya inteqrasiya edib, sözü və səsi eşidilən modern dövlətə çevrilib;
* Beynəlxalq təşkilatlarda səmərəli iş aparıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dünyaya çatdırıb, özünün haqlı mövqeyini qəbul etdirib;
* Güclü, ən yeni texnologiyaya əsaslanan silahlarla təchiz olunmuş müasir, təlim görmüş ordu yaradıb;
* Ermənistanı blokada vəziyyətində saxlayaraq dilənçi, perspektivsiz, əhalisi durmadan ölkə ərazisini tərk edən dilənçi dövlətə çevirib;
* Dördgünlük Aprel müharibəsində Ermənistandan qat-qat güclü və üstün olduğunu əyani şəkildə sübut edib, Lələtəpədə və Günnütdə minlərlə hektar torpaq sahəsini geri qaytarıb, böyük qayıdışın ilk zəfəri sayılan Cocuq Mərcanlı kəndini qısa müddətdə yenidən tikib-qurub, sakinlərini geri qaytararaq məskunlaşdırıb.
Bu günlərdə isə dövlət başçısı İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışı ilə torpaqların işğaldan azad edilməsi uğrunda mübarizədə yeni mərhələnin başlanmasını bəyan etdi!
***
Azərbaycan xalqının ürəyindən xəbər verən "Qarabağ Azərbaycandır!” çağırışı artıq milli ideyaya və ümumxalq hərəkatına çevrilməkdədir!
"Valday” Beynəlxalq Diskussiya Klubunda və MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitindəki çıxışlarında düşmənə iki sarsıdıcı zərbə endirən İlham Əliyev bununla da Ermənistanın siyasi, diplomatik və mənəvi ifşasına yekun vurmuş oldu!
"Valday” Beynəlxalq Diskussiya Klubunda ən əvvəl Ermənistanın iç üzünü açaraq onun yalançı simasını göstərdi:
*Faktlarla sübut etdi ki, Ermənistanın rəhbərləri həmişə yalan danışıblar, əslində, ermənilər Azərbaycan ərazisinə sonradan köçürülüb, Azərbaycan torpaqlarında yerləşdirilib və Azərbaycan əraziləri hesabına özlərinə dövlət qurublar!
*1921-ci ildə Qafqaz bürosunda Dağlıq Qarabağın Azərbaycana verilməsinə deyil, onun Azərbaycanın tərkibində qalması məsələsinə baxılıb. Ermənistan bu faktı təhrif etməklə qəsdən saxtakarlıq edir.
*"Qarabağ xalqı” anlayışı məkrli və əsası olmayan qondarma ifadədir. Dağlıq Qarabağda azərbaycanlı və erməni millətindən olan əhali 25-75 faiz nisbətində yaşayıb.
*Haşiyəyə çıxaraq qeyd edək ki, Paşinyan "Dağlıq Qarabağın erməni klanı” ifadəsini işlətsəydi, daha dəqiq olardı. Çünki hazırda Ermənistanın kriminal rəhbərliyi ilə Dağlıq Qarabağın əvvəllər Ermənistana başçılıq etmiş cinayətkar qrupu arasında hakimiyyət uğrunda gərgin mübarizə gedir, cani Koçaryan həbs edilib, bu mübarizənin nə ilə bitəcəyi hələlik bəlli deyil. Ancaq görünən odur ki, Paşinyan erməni xalqının gözündə verdiyi vədləri yerinə yetirməyən yalançı, idarəetmədən və diplomatiyadan xəbərsiz, nüfuzunu itirmiş, dövləti kimi özünün də perspektivi olmayan şəxsə çevrilmişdir.
"Valday”da erməni yalanını və saxtakarlığını ifşa edən Prezident İlham Əliyev Aşqabadda N.Paşinyanın özünün də iştirak etdiyi MDB Dövlət Başçılarının Şura iclasında Ermənistan rəhbərliyinin faşist xislətini bir daha açıb göstərdi!
Əvvəlcə, Bakı neftinin Böyük Vətən Müharibəsində necə mühüm əhəmiyyət kəsb etdiyini, Hitlerin Bakını ələ keçirməyə necə can atdığını və bu baş tutsaydı, müharibənin necə bitəcəyini, minalanmış neft quyularına görə Bakını və onun sakinlərini hansı dəhşətli aqibət gözlədiyini açıqladı.
Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində iştirakı, verdiyi qurbanlar barədə rəqəmləri göstərdi.
Ulu Öndər Heydər Əliyevin Qələbə bayramını bərpa etməsindən, Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan dövlətinin göstərdiyi qayğı və hörmətdən bəhs etdi.
Sonra Ermənistanda Hitler faşizminə qulluq edən, SSRİ əleyhinə vuruşan, Avropanın yəhudi əhalisinə qarşı Xolokost soyqırımında iştirak edən, "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olar” deyən satqın Njdeyə abidə qoyulduğunu, faşizmin yaşadıldığını xatırlatdı.
Qələbənin 75 illiyinin qeyd ediləcəyi bir vaxtda MDB məkanında belə biabırçılığın yolverilməzliyini, Ermənistanın indiki rəhbərliyinin də faşizmə və terrorçuluğa dəstək verdiyini ifşa etdi!
Bütün bunlar onu göstərir ki, erməni əslində, özünün təqdim etdiyi kimi, "türk soyqırımına məruz qalan” "məzlum və zavallı millət” deyil, Ermənistan isə yeritdiyi siyasətlə faşizmi tərənnüm edən, faşist ideologiyasını yaşadan, SSRİ-yə qarşı vuruşmuş satqın qaniçənə 6 metrlik heykəl qoyan terrorçu və işğalçı dövlətdir!
***
İndiyədək İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının və dövlətinin işğal olunmuş torpaqların geri qaytarılması uğrunda mübarizəsi bir neçə mərhələdən keçmişdir.
Əsas məqam dövlətin iqtisadi qüdrətinin, siyasi nüfuzunun artırılması və güclü ordu quruculuğu olmaqla yanaşı, digər resurslardan səmərəli istifadəyə diqqətin artırılmasıdır!
İlham Əliyevin təşəbbüsü ilə "hücum diplomatiyası”na keçid, Türkiyə ilə Azərbaycan diasporunun birgə fəaliyyəti beynəlxalq miqyasda görülən işlərin effektini xeyli yüksəltmişdir!
Leyla Əliyevanın rəhbərliyi ilə hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif yerlərində keçirilən "Xocalıya ədalət!” kampaniyası da erməni vəhşiliyinin və riyakarlığının ifşasında, habelə Xocalı soyqırımının tanıdılmasında yeni addım olmuşdur.
Cənab İlham Əliyev tərəfindən startı verilən yeni mərhələ isə "Qarabağ Azərbaycandır!” çağırışının Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qısa müddətdə milli ideyaya və hərəkata çevrilməsi ilə xarakterizə olunur.
***
Hərəkatın təsirli və daha effektli olması üçün bir sıra vacib məqamlar da nəzərdən qaçırılmamalıdır.
Əvvəla qeyd edək ki, bu hərəkat Prezident İlham Əliyevin təşəbbüsü və öncüllüyü ilə başlanmışdır. Hazırda dövlət başçısına dəstək şəklində genişlənməkdə olan hərəkatın iştirakçılarının sayı durmadan artmaqdadır.
İkincisi, bu əsl vətənpərvərlik hərəkatıdır. Hər bir Azərbaycan vətəndaşı millətindən, mövqe və əqidəsindən asılı olmayaraq xalqın və dövlətin maraqları ilə səsləşən bu hərəkatda fəal iştirakı özünə mənəvi borc hesab edir!
Azərbaycan gənclərinin bu hərəkatda daha fəal, öncül rol oynaması vacibdir. Hər bir gənc çalışdığı sahədə, təhsil aldığı məktəbdən və yerdən asılı olmayaraq bu hərəkata öz töhfəsini verməyə çalışmalıdır!
İlkin təhlillər göstərir ki, "Qarabağ Azərbaycandır!” hərəkatı öz əhatə dairəsini qısa müddətdə genişləndirəcək, dünya azərbaycanlılarını da ehtiva edəcəkdir.
Görülən işlərin effektliyi üçün diaspor üzvlərinin köməyinə xüsusi ehtiyac duyulur. Odur ki, Azərbaycan diasporunun, xaricdə yaşayan azərbaycanlıların, müxtəlif ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin hərəkatın tədbirlərində könüllü və fəal iştirakı gərəkli və arzuediləndir!
Sosial şəbəkə iştirakçısı olan azərbaycanlılar yaşadıqları məkandan asılı olmayaraq hərəkata şəxsi töhfələrini verməlidirlər.
Virtual dünyada olan hər bir vətənpərvər insan düşmən yalanlarının ifşasına, informasiya müharibəsində üstün mövqe qazanılmasına öz köməyini göstərməlidir!
"Qarabağ Azərbaycandır!” hərəkatında iştirak könüllüdür. Lakin Azərbaycan xalqının hər bir nümayəndəsi bunu həm də vətənpərvər addım, torpaqlarımızın işğaldan azad edilməsinə şəxsi dəstək kimi qiymətləndirməli, Vətənə vətəndaş borcu, övlad köməyi kimi qəbul etməlidir!
Bu mübarizədə müxalif mövqe tutmaq, yaxud özünü başqa əqidə daşıyıcısı hesab edərək passivlik göstərmək yolverilməzdir!
Çünki söhbət anamız Azərbaycandan, onun taleyindən və ərazi bütövlüyünün bərpasından gedir!
Vətən çətin günlərdə qeyrətli övladları ilə güclüdür!
Dövlət müdrik və uzaqgörən rəhbəri ilə qüdrətlidir!
Gücümüz birliyimizdədir! İqtidarla xalq bir yerdə olanda isə məqsədə daha tez yetmək olur!
Tarixin ən qüdrətli Azərbaycanının möhtəşəm 16 ilinin inkişaf, quruculuq salnaməsi bunun ən mükəmməl nümunəsidir!
Bəxtiyar SADIQOV
2024-11-21
03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ
02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır
2024-11-14
13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi
13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək
13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges
13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO
2024-11-13
12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
2024-11-06
13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO
12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır
XƏBƏR ARXİVİTƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Əlaqə
Haqqımızda
İDMAN23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib
01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
Təqvim