reklam
USD
7 ℃
EUR
BAKI

Azərbaycan badmintonçusu “Egypt International 2019” turnirində qızıl medal qazanıb

İDMAN / 20.10.2019 23:31
Azərbaycan badmintonçusu "Egypt International 2019” turnirində qızıl medal qazanıb

Oktyabrın 20-də Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Misirin paytaxtı Qahirədə keçirilən "Egypt International 2019” beynəlxalq turnirində qızıl medal qazanıb.

carciTV xəbər verir ki, mübarizəyə onaltıdabir final mərhələsindən başlayan E.Dviçayo ilk görüşünü portuqaliyalı Duarte Nuno Anjoya qarşı keçirib. Badmintonçumuz rəqibini məğlub edərək səkkizdəbir finala adlayıb. Bu mərhələdə idmançımız hindistanlı Dvur Ravatı 2:0 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib. Dörddəbir final mərhələsində belçikalı Maksim Morelsi mübarizədən kənarlaşdıran Dviçayo yarımfinalda Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə üz-üzə gəlib. Dviçayo finalda çexiyalı Milan Ludiki 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Digər badmintonçumuz Ezmi Qovımuramadhoni isə ilk görüşündə irlandiyalı Conatan Dolana 0:2 hesabı ilə uduzub.
Turnirdə 60 kişi və 49 qadın badmintonçu iştirak edir. Yarışın mükafat fondu 10 min dollardır.
Qeyd edək ki, badmintonçumuz E.Dviçayo Azərbaycan idman tarixində ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazana bilər.


Oxunub: 457






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim