reklam
USD
4 ℃
EUR
BAKI

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov dövlət başçısının kadr islahatlarına münasibət bildirib

XƏBƏR / 24.10.2019 22:51
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov dövlət başçısının kadr islahatlarına münasibət bildirib

carciTV xəbər verir ki, son günlər ictimaiyyətin gündəmində olan əsas məsələlərdən biri də dövlət başçısının kadr islahatları sahəsində atdığı yeni addımlardır. 

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov məsələyə belə münasibət bildirib:
"Əlbəttə, Prezident İlham Əliyevin bir sıra əsas dövlət qurumlarını birləşdirməsi barədəki qərarı və hökumət strukturlarında yeni kadr təyinatları əlamətdar hadisə kimi nəzərə çarpır. Və bu addımlar ölkəmizin, dövlətimizin gələcək inkişafı, xalqın rifah halının daha da yüksəldilməsi üçün mühüm əhəmiyyət daşıyır. Belə demək mümkündürsə, Azərbaycanda artıq yeni bir dövr başlanıb. Çünki  bəhs etdiyimiz  dəyişikliklər, islahatlar bütövlüklə dövlət idarəetmə sisteminin yenilənməsinin başlanğıcını göstərir”. 
Ayaz Mütəllibov dövlət başçısının son sərəncamlarını gənc kadrların irəli çəkilməsi baxımından da yüksək dəyərləndirib:
 "Modern dünyagörüşünə malik, fəal  gənclərin, yüksək ixtisaslı kadrların hökumətdə və bütövlükdə ölkənin idarəetmə sistemində yer tutmaları  müasir dövrdə dövlətin və demokratiyanın göstəricilərindən biri kmi dəyərləndirilir”.   
"Güman edirəm ki, dövlət başçısı bundan sonra da daha cəsarətlə, ölkədəki daxili-siyasi sabitliyə güvənərək yenilik və islahatları davam etdirəcək. Bu çox məsul və çətin işdə Prezidentə uğurlar diləyirik”- deyə keçmiş prezident vurğulayıb. 
"Kadr dəyişiklikləri sırasında ictimaiyyətin  daha çox nəzərinə çarpan uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyevin yeni posta- AMEA prezidenti postuna təyin ollunmasıdır. Sizin buna münasibətiniz necədir?” sualını isə  sabiq dövlət başçısı belə cavablandırıb:
"Əlbəttə, bu kadr dəyişikliyi də ölkə başçısının bilavasitə təşəbbüsü, məsləhəti ilə olan bir məsələdir.  Ramiz Mehdiyevlə biz bir-birimizi çoxdan tanıyırıq. Həmyaşıdıq və hələ sovet dönəmindən bəri paralel olaraq müxtəlif rəhbər vəzifələrdə çalışmışıq. Olduqca təcrübəli və peşəkar bir kadrdır”. 
"Qeyd edim ki, Ramiz müəllim bu dəfə də kifayət qədər də məsul bir vəzifəyə təyin olunub- Azərbaycan elminin başına gətirilib. Ona  cansağlığı diləyir, növbəti vəzifə postunda yeni uğurlar diləyirik. Xalqımız üçün xeyirli-uğurlu olsun”-deyə keçmiş ölkə rəhbəri bildirib.


Oxunub: 990






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim