reklam
USD
4 ℃
EUR
BAKI

Milli tariximizin həqiqi qürurverici məqamı…- ƏLİ HƏSƏNOV YAZIR carciTV məqaləni diqqətinizə çatdırır:

XƏBƏR / 24.10.2019 23:54
Milli tariximizin həqiqi qürurverici məqamı…- ƏLİ HƏSƏNOV YAZIR
 
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən 8 il ötür
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov sosial şəbəkədə yeni məqalə ilə çıxış edib.

carciTV həmin məqaləni diqqətinizə çatdırır:

 

2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi xalqımızın müasir tarixinə ən əlamətdar və qürur doğuran hadisələrindən biri kimi daxil olmuşdur. Dünyanın nüfuzlu təşkilatının ali orqanında ölkəmizin təmsil olunması prosesi müxtəlif mərhələlərdən və namizədliyini irəli sürmüş digər dövlətlərlə rəqabət şəraitində keçmişdir.

Gizli səsvermənin 16-cı mərhələsindən sonra Azərbaycan səs çoxluğu ilə dünyanın 193 dövlətindən 155-nin dəstəyini qazanaraq, 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilmişdir.

Ölkəmizin əldə etdiyi bu tarixi nailiyyət, ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və uzaqgörən xarici siyasətin nəticəsi kimi mümkün olmuşdur.



Məlumdur ki, qeyri-daimi üzvlərin seçimində seçkiyə qoşulan dövlətlərin beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına verdiyi tövhələr, BMT-nin digər məqsədlərinin reallaşması prosesində yaxından iştirak etmək imkanı, mövcud ölkənin beynəlxalq münasibətlər sistemindəki yeri və rolu kimi mühüm amillər nəzərə alınır. Azərbaycanın göstərilən parametrlərə uyğun və beynəlxalq aləmdə fəal şəkildə dəstəklənən xarici siyasət apardığı onun Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bir daha sübut edildi.

Erməni lobbisinin və Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində BMT-nin üzvü olan dövlətlərin əksəriyyətinin birbaşa dəstəyinə nail olmaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yüksək siyasi iradəyə söykəndiyini və qətiyyətli xarakter daşıdığını sübut etdi. Həmin ərəfədə ermənilər Azərbaycana qarşı məkrli və çirkin siyasi kampaniya aparsalar da, mənfur niyyətlərinə nali ola bilmədilər.



Ermənistanın da ilkin mərhələdə Təhlükəsizlik Şurası üzvlüyünə öz namizədliyini irəli sürməsinə baxmayaraq, sonradan bu dövlətin diplomatik mübarizədə Azərbaycanla hər hansı bir rəqabət imkanına malik olmadığı üzə çıxdı və bunun etirafı olaraq namizədliyini geri götürmək məcburiyyətində qaldı.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin tarixi-siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, bu hadisədən sonra ölkəmizin milli maraqlarının qlobal səviyyədə təmin edilməsi istiqamətində fəal səylər göstərilmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Şuranın iclaslarında müzakirə olunmuş və real həqiqətlər dünya içtimaiyyətinə çatdırılmışdır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində təşkilatın 13 açıq və 16 qapalı iclası keçirilmişdir. Bununla yanaşı, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyinə xüsusi diqqət yetirilmiş, bu məsələlər Şuranın qəbul etdiyi sənədlərdə öz əksini tapmışdır.



Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi


Oxunub: 369






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim