reklam
USD
16 ℃
EUR
BAKI

Gənc oftalmoloqlar Şəkidə müasir oftalmologiyanın son nailiyyətlərini müzakirə ediblər

REPORTAJ / 26.10.2019 23:09
Gənc oftalmoloqlar Şəkidə müasir oftalmologiyanın son nailiyyətlərini müzakirə ediblər


Oktyabrın 26-da Şəkidə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə gənc oftalmoloqların "Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda XIII elmi-praktik konfrans keçirilib.

carciTV xəbər verir ki, "Marxal resort & spa” otelinin "Nuxa” konfrans zalında keçirilən tədbiri Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov açaraq, konfransın əsas məqsədinin gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaq olduğunu diqqətə çatdırıb.
Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, Türkiyənin Ankara şəhərindən gəlmiş doktor Sunay Duman çıxış edərək, belə tədbirlərin gənc oftalmoloqlara yeni, müasir texnologiyaları öyrətmək baxımından olduqca faydalı olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.
Elmi-praktik konfransda Milli Oftalmologiya Mərkəzinin əməkdaşları Rəvanə Həsənova "Müxtəlif sindromlar zamanı retinitis piqmentozanın xüsusiyyətləri”, Aysel Əkbərova "Vaxtından əvvəl doğulmuşların retinopatiyasının müalicəsində ilkin nəticələrimiz”, tibb üzrə fəlsəfə doktoru Aygün Səfərova "40 yaşdan yuxarı pasiyentlərdə keratorefraktiv əməliyyatların xüsusiyyətləri”, ("Buynuz qişa ablyasiyasının incəlikləri”), tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova "Şübhəli topoqrafiyalı gözlərdə PRK üsulunu və CCL texnologiyasını istifadə edərək, miopiyanın və astiqmatizmin müalicəsi”, Dünyagöz Xəstəxanasının oftalmoloqu Nərgiz Bədəlova "İrrequlyar astiqmatizmin qeyri-cərrahi korreksiya üsulları” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin "Eksimer-lazer cərrahiyyədə "contoura vision” yeni texnologiyanın tətbiqi”, "Quru göz sindromunda invaziv müalicə üsulları”, Buynuz qişanın zədədən sonrakı xoralarının kliniki-laborator dəyərləndirilməsi” və digər mövzularda məruzələr dinlənilib.


Oxunub: 567






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim