reklam
USD
4 ℃
EUR
BAKI

Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

XƏBƏR / 29.10.2019 23:12
Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

Türkiyənin Azərbaycandakı səfirliyi Cümhuriyyətin elan edilməsinin 96-cı ildönümü münasibətilə oktyabrın 29-da rəsmi qəbul təşkil edib.

carciTV xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub. Məktubda deyilir ki, bir millət və dövlət olaraq türk xalqı son dövrlərdə əhəmiyyətli anlar yaşayır. Türkiyə Cümhuriyyəti terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir. Ölkə 2023-cü ildə hədəfinə çatacaq və bununla da gələcək nəsillərə daha güclü Türkiyə miras qoyacaq.

Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə xalqına səmimi təbriklərini çatdırıb. Bildirib ki, Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Qardaş dövlətlərimiz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər və bir qayda olaraq mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İki ölkənin dövlət başçılarının qardaş münasibətləri dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrə öz müsbət təsirini göstərir.

Bu günə qədər ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənədin imzalandığını, 27 sənədin baxılma mərhələsində olduğunu bildirən O.Əsədov deyib: "Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr inkişaf edir. Ötən il ərzində Azərbaycan və Türkiyə arasında ticarət əlaqələri 3,4 milyard dollardan çox olub. Ancaq bu ilin 9 ayında ticarət dövriyyəsi artıq 3 milyard 300 milyon dolları ötüb. Azərbaycanın və Türkiyənin birgə səyləri ilə həm bölgə, həm də dünya üçün önəmli beynəlxalq layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzurum və TANAP qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr xalqlarımızın firavan gələcəyinin təmin edilməsinə yönəlib. İndiyə qədər Türkiyə şirkətləri Azərbaycana 12,2 milyard dollar, Azərbaycan isə Türkiyə iqtisadiyyatına 15,1 milyard dollar investisiya qoyub. Ötən il Türkiyədə istifadəyə verilən "Star” neft emalı zavodu qardaş ölkələr arasında iş birliyinin yeni böyük uğuru olub”.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Oxunub: 369






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim