reklam
USD
5 ℃
EUR
BAKI

“The Columbus Dispatch” qəzeti Ermənistan silahlı bölmələrinin törətdikləri hərbi cinayətlərdən yazıb

XƏBƏR / 31.10.2019 01:55
"The Columbus Dispatch” qəzeti Ermənistan silahlı bölmələrinin törətdikləri hərbi cinayətlərdən yazıb


Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın Vaşinqtona səfəri ilə əlaqədar oktyabrın 30-da ABŞ-ın "The Columbus Dispatch” qəzetində Azərbaycan icmasının üzvü Xəyyam Fərəcovun etiraz müraciəti dərc olunub.

Məqalədə Azərbaycanın Qarabağ bölgəsinin və ətraf 7 rayonun Ermənistan tərəfindən işğal edildiyi vurğulanıb. Ermənistanın vassal dövlət olduğunun diqqətə çatdırıldığı müraciətdə qeyd edilib ki, Qarabağ müharibəsi vaxtı Ermənistan silahlı qüvvələri mülki əhaliyə qarşı dəhşətli hərbi cinayətlər törədiblər.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan və özünü qondarma rejimin "xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Ermənistanın və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirməyi planlaşdırır. Bununla əlaqədar ABŞ Azərbaycanlıları Şəbəkəsi Birləşmiş Ştatların qanunvericilərini və yerli mətbuat qurumlarını Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniyaya start veriblər. "The Columbus Dispatch” qəzetindəki müraciət də bu kampaniya çərçivəsində dərc olunub.


Oxunub: 413






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim