reklam
USD
11 ℃
EUR
BAKI

Nazir müavini: İlin sonuna qədər Bakıda iki yeni yarmarkanın açılışı olacaq carciTV xəbər verir ki, onlar fermerlərlə həmsöhbət olub, yarmarkanın fəaliyyəti ilə maraqlanıblar.

XƏBƏR / 03.11.2019 23:31
Nazir müavini: İlin sonuna qədər Bakıda iki yeni yarmarkanın açılışı olacaq

Noyabrın 3-də Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Nazirliyin aparat rəhbəri Aqil Quliyev, Kənd Təsərrüfatı Naziriliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova və Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Nərimanov rayonu ərazisində (Gənclik metro stansiyasının yaxınlığı) təşkil olunan "Kənddən Şəhərə” həftəsonu yarmarkasını ziyarət ediblər.

carciTV xəbər verir ki, onlar fermerlərlə həmsöhbət olub, yarmarkanın fəaliyyəti ilə maraqlanıblar.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev yarmarkanın təşkil olunmasının əsas məqsədlərindən danışıb: "Bakı şəhər əhalisinin yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, eyni zamanda, fermerlərin bazarlara maneəsiz çıxışı və süni qiymət artımının qarşısının alınması məqsədilə "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən yarmarkalar təşkil olunur. Çalışırıq ki, fermerlər öz məhsullarını bu yarmarkalar vasitəsilə satsınlar. Yarmarkada iştirak edən fermerlər bütün avadanlıqlarla və hər cür şəraitlə təmin olunur. Siz özünüz də gördünüz ki, alıcılarımız da, satıcılarımız da qiymətdən və şəraitdən razıdırlar. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, həm istehsalçılar, həm də istehlakçılar dövlətin yaratdığı bu şəraitdən razı qalsınlar və öz ailələri üçün keyfiyyətli məhsul alsınlar. Cari ilin sonuna qədər Bakı şəhərində daha iki yeni yarmarkanın açılışını etmək fikrindəyik. Bundan başqa paytaxtda "Kənddən Şəhərə” adı altında satış mərkəzləri də fəaliyyət göstərir. Hesab edirəm ki, Bakı şəhər sakinləri həmin mağazalardan da razıdırlar. Onlarda da qiymətlər münasibdir. Bizim bir siyasətimiz var ki, nə fermerlər, nə də alıcılar ziyana düşməməlidir, ortaq bir məxrəcdə məhsullar satılmalıdır”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, "Kənddən Şəhərə” yarmarkası Nərimanov rayonundan başqa Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yaxınlığı) və Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanlarında da mütəmadi olaraq hər həftənin şənbə və bazar günləri təşkil olunur.


Oxunub: 435






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim