reklam
USD
5 ℃
EUR
BAKI

Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların məqsədi ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir

XƏBƏR / 04.11.2019 00:15
Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların məqsədi ölkəmizin dayanıqlı inkişafını təmin etməkdir

Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində reallaşır və kompleks xarakter daşıyır. İslahatların birinci mərhələsi əsasən qanunvericilik və institusional sahələri əhatə etdi və dərhal sonra struktur və kadr islahatlarına keçid başlandı.

carciTV xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, əslində bu ardıcıllıq həyata keçirilən islahatların müxtəlif komponentlərini özündə birləşdirməklə onun tamlığından xəbər verir. Hazırkı mərhələ daha çox kadr islahatları mərhələsi kimi görünsə də, bir qədər diqqət etsək, kadr islahatlarının digər komponentləri ilə paralel həyata keçirildiyini görə bilərik. 2015-ci ildən qəbul edilən qərarlar, imzalanan sərəncam və fərmanlar dediklərimizi təsdiq edir və xeyli sahədə nazir vəzifələrinə qədər mühüm dəyişikliklərin olduğunu göstərir. Son dəyişiklər isə kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqət cəlb edir. Bu dəyişikliklər kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilməlidir. Ancaq bu proses, sadəcə, kadrların dəyişməsi deyil, həm də idarəetməyə yeni keyfiyyət dəyişikliyinin gətirilməsi kimi nəzərdən keçirilməlidir. Çünki böyüyən iqtisadiyyatı idarə etmək və onun inkişafını təmin etmək qlobal iqtisadi çağırışlar və milli maraqlar kontekstində olduqca aktualdır. İslahatların ən ümdə vəzifələrindən biri də əhalinin rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin daha da aşağı səviyyəyə salınması, sosial islahatların daha da dərinləşməsi məqsədini daşıyır. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların, kadr siyasətinin əsasında xalqın rifahının və ölkəmizin dayanıqlı inkişafının təmin olunması məqsədlərinin dayandığını göstərir.


Oxunub: 399






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim