reklam
USD
17 ℃
EUR
BAKI

YAP Xətai rayon təşkilatında sosial şəbəkələrdə fəallığın artırılmasına dair müzakirələr aparılıb

XƏBƏR / 04.11.2019 00:16
YAP Xətai rayon təşkilatında sosial şəbəkələrdə fəallığın artırılmasına dair müzakirələr aparılıb

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının ilk ərazi təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

carciTV xəbər verir ki, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov tədbirdə çıxış edərək günümüzün əsas çağırışlarından olan sosial şəbəkələrdə fəallığın artırılmasından, Azərbaycanın bugünkü uğurlarından danışıb. Bildirib ki, 28 illik müstəqillik tarixinə malik Azərbaycanın uğurlarının miqyası geniş olmaqla yanaşı, gələcəyə daha böyük hədəflərlə irəliləməyə əsas yaradır. Təəssüf ki, Azərbaycanı istəməyən qüvvələr çirkin niyyətlərini, uğurlarımıza kölgə salmaq cəhdlərini, ən əsası dünyada sabitlik, təhlükəsiz ölkə kimi qazandığı imicə zərbə vurmaq istəklərini daxili bədxahlarımızın vasitəsilə gerçəkləşdirməyə səy göstərirlər.

H.Mirələmov diqqəti oktyabrın 19-da keçirilən icazəsiz aksiyaya yönəldərək bildirib ki, bir qrup təxribatçı ünsürlər xaricdən aldıqları qrantların müqabilində ölkədə qarşıdurma yaratmağa, sabitliyi pozmağa can atırlar. Lakin xalq-iqtidar birliyinin möhkəmliyi, asayişi yüksək səviyyədə qoruyan hüquq-mühafizə orqanlarının fədakarlığı sayəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Azərbaycan xalqı bu ünsürlərin əsl sifətini bir daha gördü. Belə qüvvələrə qarşı sərt mövqeyimizi sosial şəbəkələrdə bildirməli, onların əsassız təbliğatlarını Azərbaycanın reallıqları ilə cavablandırmalıyıq.

YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycana bu gün hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin bu gün Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan islahatları beynəlxalq səviyyədə təqdir olunur, nüfuzlu maliyyə qurumlarının hesabatlarında mövqeyinin möhkəmlənməsini şərtləndirir. Ölkəmizin 28 illik müstəqillik tarixində əldə etdiyi davamlı uğurlar harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızda qürur hissi yaradır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, 10 milyonluq ölkəyik.

V.Rəhimzadə Azərbaycanı istəməyən qüvvələrin sosial şəbəkələrdə apardıqları əsassız, qərəzli təbliğata qarşı hər birimizin vətəndaşlıq təəssübkeşliyindən bəhrələnərək sərt mövqeyimizi ortaya qoymağımızın vacibliyini bildirib. Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı təşkilat olan Yeni Azərbaycan Partiyasının sıralarında birləşdirdiyi 750 minə yaxın üzvün hər biri bu işdə öz fəallığını nümayiş etdirməli, Azərbaycan reallıqlarının, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısına çevrilməlidirlər. Azərbaycanın uğurlarına qara eynəkdən baxmağa adətkar olan dağıdıcı ünsürlər 19 oktyabr icazəsiz aksiyaları ilə hansı məqsədə və kimlərə xidmət etdiklərini bir daha nümayiş etdirdilər.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Pənah İmanov Azərbaycanın gündən-günə güclənən iqtisadi qüdrətindən, beynəlxalq aləmdə möhkəmlənən mövqeyindən geniş bəhs edərək bildirib ki, bu gün dünyaya səs salan yeniliklərimiz, imza atdığımız uğurlar Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. P.İmanov sosial şəbəkələrdə fəallığın artırılması istiqamətində göstərilən səylərdən geniş bəhs edərək, YAP Xətai rayon təşkilatının özündə birləşdirdiyi hər bir ərazi ilk partiya təşkilatının üzvlərini fəal olmağa çağırıb: "Bu, bizim ümumi işimizdir. Çalışmalıyıq ki, Azərbaycanın uğurlarına kölgə salmağa çalışan xarici və daxili bədxahlarımızın əsassız cəhdlərini reallığa söykənən faktlarımızla cavablandıraq. Dövlətimizin başçısı İlham Əliyevin daim çıxışlarında qeyd olunduğu kimi, heç bir xarici qüvvə xalqımızın iradəsinə təsir göstərmək imkanında deyil. Azərbaycan müstəqil dövlətdir. Atdığı hər addımında müstəqil siyasət yürütdüyünü təsdiqləyir”.

Tədbirə yekun vuran Hüseynbala Mirələmov gəncləri daha fəal olmağa çağırıb. Bildirib ki, bu günün gəncləri müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik edənlərin Azərbaycanı hansı faciələrlə üz-üzə qoymalarından xəbərsizdir. Onlara müstəqillik yolumuzun heç də hamar olmadığı, ən əsası bu gün hakimiyyətə can atan həmin ünsürlərin bir illik iqtidarı dövründə ölkəni hansı duruma saldıqları barədə dolğun məlumatlar verilməlidir.


Oxunub: 370






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim