reklam
USD
8 ℃
EUR
BAKI

On altı yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

İDMAN / 05.11.2019 23:02
On altı yaşadək şahmatçılardan ibarət "Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

carciTV xəbər verir ki, Olimpiadanın sonuncu turunda Çin yığması ilə qarşılaşan komandamız qalib gələrək bu mötəbər turnirin çempionu adını qazanıb. Sonuncu qarşılaşmada şahmatçılarımızdan Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə ediblər. Ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlının rəqibinə qalib gəlməsi komandamızın qələbəsini təmin edib. Beləliklə, xallarının sayını 16-ya çatdıran "Azərbaycan” komandası Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.
Xatırladaq ki, turnirdə mübarizə aparan digər komandamız "Azərbaycan-Naxçıvan” isə 8 xalla 29-cu yerdə qərarlaşıb. İkinci yeri 15 xalla Özbəkistan, üçüncü yeri isə 14 xalla Belarus komandaları tutublar.
Olimpiadada uğurlu çıxışı ilə yadda qalan "Azərbaycan” komandası yüksək səviyyəli oyun nümayiş etdirərək Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan, Yunanıstan komandalarını məğlub edib. Təkcə Özbəkistan və Ukrayna yığmaları ilə heç-heçə edən şahmatçılarımız liderliyi sonadək qoruyub saxlayıblar.
Yeniyetmə şahmatçılarımızdan ibarət komandamızın qazandığı bu uğur ölkəmizdə güclü şahmatçı nəslinin yetişdiyini bir daha sübut edir. Komandamızın heyətində mübarizə aparan idmançılardan ən yüksək nəticəni Aydın Süleymanlı qazanıb. Doqquz turda yeddi xal qazanan istedadlı şahmatçı gələcəkdə daha böyük perspektivlər vəd edir.


Oxunub: 511






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim