reklam
USD
5 ℃
EUR
BAKI

Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

XƏBƏR / 11.11.2019 23:19
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar


Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Ərzurum və Qars vilayətlərində təhsil alan tələbələrimizin təşkilatçılığı ilə Qarsdakı diplomatik nümayəndəliyimizin inzibati binasında Dövlət Bayrağı Günü və Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə təntənəli mərasim təşkil olunub.

carciTV xəbər verir ki, mərasimdə azərbaycanlı müəllim və tələbələrlə yanaşı, yerli ictimaiyyətin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himnlərimiz səsləndirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev üçrəngli bayrağımızın tarixindən danışıb. Diplomat bildirib ki, üçrəngli dövlət bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında bərpa olunub və muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Həmin sessiyada muxtar respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında "üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev dövlət bayrağımızla bağlı tarixi qərarlar qəbul edib.
Baş konsul, həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyamız 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunub.
Tədbir Qars vilayətinin müxtəlif ərazilərində davam etdirilib. Azərbaycan və Türkiyə bayraqları tələbələr tərəfindən küçə və meydanlarda, tarixi yerlərdə dalğalandırılıb. Tələbələr Vətən, torpaq, dövlət, o cümlədən Qarabağ sevgisini tərənnüm etdirən şüarlar səsləndiriblər.
Mərasim bədii hissə ilə davam etdirilib.


Oxunub: 428






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim