reklam
USD
4 ℃
EUR
BAKI

Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub

XƏBƏR / 20.11.2019 10:00
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub


Parisdə UNESKO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib.

carciTV xəbər verir ki, tədbirdə UNESKO-nun rəhbər nümayəndələri, bir sıra ölkələrin Mədəniyyət nazirləri, daimi nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov giriş sözü ilə çıxış edərək ölkəmizlə UNESKO arasında əlqələrə toxunub. Ölkəmizin qurumun prinsip və dəyərlərinə həmişə sadiq olduğunu vurğulayıb və bunun UNESKO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqləndiyini bildirib. Ötən illər ərzində Milli Komissiyanın UNESKO ilə elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahələrində əməkdaşlığın həyata keçirilməsində əlaqələndirici rol oynadığını, UNESKO-nun proqram və tədbirlərinin hazırlanmasında və reallaşdırılmasında Azərbaycan Respublikasının fəal iştirakını diqqətə çatdıraraq bununla fəxr etdiyimizi bildirib. Ölkəmizin UNESKO-nun proqramlarına dəstək verdiyini, bir çox layihələr həyata keçirdiyini vurğulayıb.

UNESKO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Baş direktor adından Milli Komissiyanın 25 illiyini təbrik edib. Onun milli səviyyədə deyil, eyni zaman da regional və beynəlxalq səviyyələrdə çox saylı layihələr həyata keçirməklə UNESKO-nun missiyasını dəstəklədiyini diqqətə çatdırıb. UNESKO-nun gündəliyində əsas tədbirlərdən olan və Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toxunaraq, ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqindəki əvəzsiz rolundan danışıb. Daimi nümayəndəliyimizə və Milli Komissiyaya ölkəmizin zəngin mədəni irsini, müxtəlif mədəniyyət ənənələrini UNESKO baş qərargahında keçirdikləri tədbirlər vasitəsi tanıtdıqlarını alqışlayıb. Təşkilatın ölkəmizlə əlaqələrinin daha da genişlənəcəyinə indandığını bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Milli Komissiyanın yaranması tarixindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə yaradılan Milli Komissiya həmin il Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2005-ci ildən Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir. O, Milli Komissiyanın 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə ölkəmizlə UNESKO arasındakı əlaqələrin inkişafına böyük töhfələr verib. Təşkilatla əlaqələrimiz daha intensiv və dinamik olub. UNESKO-nun mədəni irs, mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inkişaf etməkdə olan ölkələrdə qızların təhsili kimi prioritet sahələrində çox saylı layihələr həyata keçirilib.

Ölkəmizin UNESKO prinsip və dəyərlərinə sadiq qalacağı, qurumun nəcib missiyasının həyata keçirilməsində dəstəyini davam etdirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə qoşulan həmkarlarını və digər iştirakçıları salamlayaraq, tədbirin önəmini qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə səfir Anar Kərimova 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordenini təqdim edib.

"Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı UNESKO-nun baş direktorunun xüsusi müşaviri, Ümumdünya İrs Komitəsinin keçmiş rəhbəri Munir Buşenakiyə təqdim olunub.

Munir Buşenaki bu yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.


Oxunub: 377






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim