reklam
USD
10 ℃
EUR
BAKI

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib

XƏBƏR / 22.11.2019 21:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib


Noyabrın 22-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasına səfəri çərçivəsində Gənclərlə İş üzrə Federal Agentliyin rəhbəri Aleksandr Buqayev və "Vahid Rusiya” Partiyasının "Gənc Qvardiya” təşkilatı ilə ikitərəfli görüşlər keçirib.

carciTV xəbər verir ki, qurumlar arasında əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişafı, Rusiyada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai, siyasi, mədəni həyatında daha yaxından və fəal iştirakı, onların Rusiya cəmiyyətinə inteqrasiyasının təmin edilməsi məsələləri görüşlərin əsas müzakirə mövzusu olub.

Görüşlərdə, həmçinin istedadlı və ictimai fəal gənclərin innovativ ideya və təşəbbüslərinin təşviqi, gənc sahibkarların işgüzar fəaliyyətinin, o cümlədən onların təklif etdikləri startap layihələrinin dəstəklənməsi, eyni zamanda, forumlar, sərgilər və digər kütləvi tədbirlərdə birgə iştirakın təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam həyat tərzinin təbliği və onların intellektual potensialının artırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi təklif olunub.

Gənclərin məşğulluğu mövzusuna toxunan tərəflər azərbaycanlı gənclərin Rusiyada işlə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilə biləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti sahəsində əldə olunan nailiyyətlər, bu sahədə təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələrin inkişafı da müzakirə edilən mövzular arasında olub.


Oxunub: 486






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim