reklam
USD
13 ℃
EUR
BAKI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

RƏSMİ / 22.11.2019 22:35
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb


Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

carciTV xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəldi. Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşıladı.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü oldu.

Azərbaycanın Birinci vitse-prezidentini salamlayan Rusiya Hökumətinin sədri Dmitri MEDVEDEV dedi:

-Hörmətli Mehriban Arif qızı.

Hörmətli dostlar, həmkarlar.

Sizi ölkəmizdə - Rusiyada ürəkdən salamlayıram. Əlbəttə, Azərbaycana səfərimi xatırlayıram. Bu, sonuncu dəfə 2016-cı ilin aprelində olub. Hərçənd sonra bizim bir neçə dəfə görüşmək imkanımız olub. İlk növbədə, xahiş edirəm, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə salamlarımı çatdırasınız. Sizin ölkəmizə səfərinizin çox yaxşı proqramının olmasından məmnunluğumu ifadə etmək istəyirəm. O, mükəmməl və zəngindir. Buraya bizim Sizinlə danışıqlarımız, Rusiya Federasiyasının Prezidenti ilə sabah keçirəcəyiniz görüş, Rusiya regionlarının böyük bir hissəsinin iştirak edəcəyi genişmiqyaslı regionlararası forum daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan” pavilyonunun açılışı da çox əlamətdar hadisədir. Bütün bunlar ölkələrimiz arasında mehriban qonşuluğu, tərəfdaşlığı və dostluğu tam şəkildə əks etdirir. Sizin səfəriniz də bunun əyani təzahürüdür. Ona görə Sizi ürəkdən salamlayıram və istər iqtisadiyyatda, istərsə də başqa sahələrdə bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm problemlərini müzakirə etməyi təklif edirəm.

X X X

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi:

-Hörmətli Dmitri Anatolyeviç.

Hörmətli həmkarlar.

Hər şeydən əvvəl Sizin ölkənizə rəsmi səfərə dəvətə görə Rusiya Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Sizinlə görüşə çox şadam. Həmçinin fürsətdən istifadə edərək Sizə Azərbaycan Respublikasının Prezidentinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim.

Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir.

Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür.

Hörmətli Dmitri Anatolyeviç, Siz regionlararası əməkdaşlığı qeyd etdiniz. Həqiqətən, bu, bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin çox mühüm tərkib hissəsidir. Mənim səfərim çərçivəsində X regionlararası forum keçiriləcək. Turizm sahəsində yaxşı göstəricilər var. Rusiyadan bizim ölkəmizə səyahət edən turistlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir.

Əlbəttə, mən humanitar əlaqələrimizdən danışmaq istəyirəm. Çünki hesab edirəm ki, ölkələrimiz arasında humanitar əlaqələr, xüsusən təhsil sahəsində nümunəvidir. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Bizim ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb, 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Əlbəttə, ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət var. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə də böyük potensial mövcuddur. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımız bütün sahələr üzrə genişlənəcək, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək.

Səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək və ən xoş arzularımı çatdırmaq istəyirəm. Sağ olun.


Oxunub: 381






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim