reklam
USD
4 ℃
EUR
BAKI

Putin Mehriban Əliyevaya Azərbaycanda rus dilinə olan münasibətə görə təşəkkürünü bildirib

RƏSMİ / 22.11.2019 22:36
Putin Mehriban Əliyevaya Azərbaycanda rus dilinə olan münasibətə görə təşəkkürünü bildirib


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü zamanı Azərbaycan hakimiyyətinin öz ölkələrində rus dilinin populyarlaşmasına verdiyi böyük əhəmiyyətə də diqqət çəkib.

"Dediklərinizə biganə qala bilmərəm, xüsusilə də bu, humanitar əlaqələrimizə və Azərbaycanda rus dilinə münasibətinizə aiddir”.

Rusiya Prezidentinin sözlərinə görə, Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında rus mədəniyyətinə və rus dilinə münasibətə ən yüksək səviyyədə dəstək verənlərdəndir.

Bununla əlaqədar olaraq Putin  Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin yüksək şəxsi rolunu qeyd edib:

"Biz bunu çox yüksək qiymətləndiririk. Çünki bu, sözün əsl mənasında iqtisadiyyat və humanitar münasibətlər də daxil olmaqla bütün digər sahələrdə əlaqələri inkişaf etdirməyə imkan verən bazadır. Buna görə çox minnətdarıq və öz tərəfimizdən ortaq irsimizə istiqamətlənmiş tendensiyanı dəstəkləmək üçün hər şeyi edəcəyik. Bu, insanların heç bir maneə olmadan bir-biri ilə ünsiyyət qurmasına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməsinə imkan verir.”

Öz növbəsində Mehriban Əliyeva qeyd edib ki, gələcəkdə Azərbaycan hakimiyyəti bu sahəyə daha da böyük diqqət göstərməlidir:

"Yeni nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür və bu əlaqələr, xüsusən insanlar arasında bu gün mövcud olan humanitar sahədəki münasibətlər gənc nəsil tərəfindən qorunmalı və möhkəmlənməlidir”.


Oxunub: 411






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim