reklam
USD
17 ℃
EUR
BAKI

Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar

XƏBƏR / 24.11.2019 20:51
Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar


Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar var.
Bunu Sumqayıt hadisələrinin araşdırıcısı, tarixçi alim Məhərrəm Zülfüqarlı deyib.

Trend-ə istinadən carciTV xəbər verir ki, həmin faktların bəzilərini açıqlayan alimin sözlərinə görə, Moskvadakı qüvvələrin göstərişi ilə hadisədən əvvəl Sumqayıt polisinin silahı əlindən alınmışdı. Hadisədən üç gün əvvəl varlı ermənilər banklardakı əmanət pullarını çıxararaq şəhəri tərk etmişdilər:
"Həmin varlı ermənilər belə hadisələrin baş verəcəyini bilirdilər. Bundan başqa, baş verəcək hadisələri çəkmək üçün Moskvadan erməni mərkəzlərinin göndərdiyi çəkiliş qrupları əvvəlcədən Sumqayıta yerləşdirilmişdi".

M.Zülfüqarlı qeyd edib ki, Sumqayıt hadisələri zamanı ermənilərin qətlə yetirilməsini elə ermənilərin özləri planlaşdırmışdı. Onların məqsədi nifaq yaratmaq, azərbaycanlılarla ermənilər arasında düşmənçiliyi şiddətləndirmək idi:

"Sumqayıtda öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı. O abidə Qarabağ hadisələri baş verən zaman Xankəndidə qoyuldu. Hadisənin təşkilatçısı erməni millətindən olan Eduard Qriqoryan adlı şəxs olub. Sonradan ona cinayət işi qaldırıb Rusiyaya apardılar, amma az müddət həbsdə yatdıqdan sonra onu azad etdilər. Bütün bu faktlar sübut edir ki, hadisələr planlı şəkildə hazırlanmış təxribat idi".

Sumqayıtda baş verənləri ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı təxribatı sayan M.Zülfüqarlı qeyd edib ki, həmin dövrdə bir çox ermənilər azərbaycanlılarla münasibətləri korlamaq istəmirdilər. Təxribatçılar Sumqayıt ermənilərinin bunların ideyasının həyata keçməsinə imkan vermədiyini gördükdə nifaqın yaranmasında maraqlı olmayan erməniləri qətlə yetirməklə öz məqsədlərini həyata keçirməyə çalışdılar. Bununla Azərbaycanda yaşayan erməniləri "fakt" qarşısında qoymağa, düşmənçiliyi alovlandırmağa çalışdılar:
"Hadisə baş verəndə təxribatçıların qətlə yetirdikləri ilk ermənilər məhz düşmənçilik istəməyənlər idi. Təsəvvür edin, binanın birinci mərtəbəsində yaşayan erməni ailəsinə toxunmayaraq, 2-ci və 5-ci mərtəbədəki erməniləri qətlə yetirmişdilər".
M.Zülfüqarlı deyib ki, belə faktların mövcud olmasına baxmayaraq, ermənilər digər hadisələr kimi Sumqayıt hadisələrini də saxtalaşdıraraq dünyaya təqdim edirlər.
Buna qarşı layiqli cavab verilməsi zamanının çoxdan yetdiyini deyən tədqiqatçı əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycan həqiqətlərinin dünyaya doğru təqdim edilməsi üçün əlindən gələni etməlidir:
"Biz artıq bunu açıq deməliyik ki, Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Bütün bunlar isə tamamilə əsassızdır və cəfəngiyyatdır".


Oxunub: 502






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim