reklam
USD
8 ℃
EUR
BAKI

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib

RƏSMİ / 18.12.2019 23:47
Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib


Dekabrın 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının iclası keçirilib.

carciTV xəbər verir ki, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev qeyri-neft sektorunun davamlı inkişafının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayıb, sahəvi assosiasiyaların bu sahədə əhəmiyyətli mexanizm kimi rolunu qeyd edib. Bildirilib ki, yeni yaradılmış Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası ekoloji təmiz məhsulların istehsalının artırılması, xarici bazarlarda təşviqinin genişləndirilməsinə töhfə verəcək.

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Emin Əliyev orqanik məhsul istehsalı və ixracının artırılması istiqamətində assosiasiyanın nəzərdə tutduğu tədbirlər, hədəfləri barədə məlumat verib.

Tədbir çərçivəsində milli sortların beynəlxalq bazarlarda tanıdılması, orqanik istehsal sahəsinin ixrac və investisiya imkanları, sərgilərdə iştiraka dəstək göstərilməsi barədə müzakirələr aparılıb.

İclas çərçivəsində "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi və Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Arıçılar Assosiasiyası, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.


Oxunub: 473






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim