reklam
USD
5 ℃
EUR
BAKI

Baba Rzayev 118 milyonu hara xərcləyib?

XƏBƏR / 14.01.2020 23:21
Baba Rzayev 118 milyonu hara xərcləyib?



Baba Rzayev 118 milyonu hara xərcləyib?
"Azərenerji” şefi Mingəçevir SES-dəki binaların təmir işlərini qardaşı Emin Rzayevə məxsus olan "Santral Elektrik” LTD şirkətinə tapşırıb və aparılan təmir işləri isə dekorativ xarakterli olub...

Uzun müddətdən bəri "Azərişıq” ASC-ni də öz tabeçiliyinə qatmaq istəyən, hətta bu qurumun tabeçiliyndə olan alternativ enerji stansiyalarını prezidentlə görüşdə öz adına çıxan Baba Rzayevin arzusu gözündə qaldı. Hələ Baba Rzayev "Azərişıq” ASC-yə rəhbərlik etdiyi dövrdə əsas yükü çiyinlərində daşıyan, bu qurumdakı innovasiyaların əsas müəllifinə etimad göstərilməsində qeyri-adi heç nə yoxdur. Baba Rzayev isə "Azərenerji”yə gedəndən sonra sanki "Azərişıq” rəhbərliyinin əl-qolu açılıb, innovativ tətbiqlərin miqyası və intensivliyi genişlənib. Baba müəllim isə "Azəreneri”də kiçicik yenilik belə həyata keçirə bilməyib. Çünki orada yenilikçi müavini yoxdur. Görünür, cənab prezident kadr islahatları çərçivəsində gənclərə yer verərkən məhz belə halları nəzərə alır.
Qeyd edək ki, "Azərenerji” ASC-nin prezidenti Baba Rzayev quruma təyinat aldıqdan sonra inzibati və yardımçı binaların təmirinə dövlət büdcəsindən ayrılmış 118 milyon manat xərcləyib. Bu barədə PİA.az-a daxil olan məlumatda bildirilir ki, həmin vəsaitin əsas hissəsi "Azərenerji” ASC-nin "20 yanvar” mertrostansiyası yaxınlığındakı inzibati binasın təmir işlərinə sərf edilib.
Mənbə bildirib ki, vəsait əsasən Mingəçevir SES-də turbinlərin təmirinə ayrılsa da SES-də bir turbin belə dəyişdirilməyib. Bu üzdən də Mingəçevir SES-də təqribən 6 ay əvvəl qəza baş verib və ölkə miqyaslı hadisə ictimaiyyətdən gizli saxlanılıb.
Mənbə onu da bildirib ki, Balababa Rzayev Mingəçevir SES-də də binaların təmir işlərini qardaşı Emin Rzayevə məxsus olan "Santral Elektrik” LTD şirkətinə tapşırıb və aparılan təmir işləri isə dekorativ xarakterli olub. Bütün hallarda mənbə Mingəçevir SES-də növbəti qəzanın baş verə biləcəyi ehtimalını istisna etməyib. Çünki texniki baxımdan hələ də Mingəçevir SES-də köhnə texnologiyadan istifadə olunmaqdadır. Yeni turbinlər isə alınmayıb.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda qeyd olunurdu ki, "Santral Elektrik” LTD şirkətinə rəhbərlik edən Emin Rzayev qardaşı Baba Rzayevin sayəsində həm milyonçuya çevrilib, həm də böyük biznes imperiyasının əsas idarəedicisidir. Paytaxtın Dərnəgül şossesində yerləşən "Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 100 faizi Baba Rzayevin ailəsinə məxsusdur. "Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. Məhz Baba Rzayevin sayəsində "Santral Elektrik” illərdi milyonluq layihələr qazanıb.
Yayılan məlumatlarda o da qeyd olunub ki, bir müddət əvvəl Baba Rzayev qardaşını Xətai raron İcra Hakimiyyətinə başçı gətirmək niyyətində olduğuna görə, "Santral Elektrik” LTD şirkətini Emin Rzayev Baba Rzayevin qaynı İlham Həsənova təhvil verib. Lakin bu məlumatın nə qədər doğru olub-olmadığını müəyyənləşdirə bilmədik. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı "Azərenerji” ASC-yə olunan zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...


Oxunub: 1306






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim