reklam
USD
18 ℃
EUR
BAKI

Eldəniz Yəhyayev: Azərbaycan Silahlı Qüvvələrinin ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir

XƏBƏR / 26.01.2020 22:29
Eldəniz Yəhyayev: Azərbaycan Silahlı Qüvvələrinin ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir



Ordu quruculuğuna diqqət və qayğı dövlətə, dövlətçiliyə diqqət və qayğıdır. Belə qayğı ilə əhatələnən ordunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı da yüksək olur.

Bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi, polkovnik Eldəniz Yəhyayev açıqlamasında deyib.

E.Yəhyayev bildirib ki, bunun sosial qanunauyğunluq olduğuna əminlik üçün yaxın tarixi xatırlamaq kifayətdir. Dövlət müstəqilliyinin bərpasının ilk illərində Azərbaycanın Ordusunu nizami ordu kimi formalaşdırmaq ilk vaxtlarda olduqca çətin idi. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dövlətçiliyini labüd iflasdan xilas etdi. Azərbaycanda ordu quruculuğunun yeni - nizami ordu kimi formalaşma mərhələsi başladı. Uğurlu qələbə ilə nəticələnən Horadiz əməliyyatı bu dönməz prosesin başlanğıcı oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirdi. Ölkəmizdə ordu quruculuğu sahəsində əsaslı struktur dəyişikliyi qısa müddətdə ordunun şəxsi heyətinin istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığını dünyanın hərbi ekspertlərinin də diqqətini çəkən səviyyədə yüksəltdi. Hərbi təhsildə ilkin, elmi müddəalar əsasında həyata keçirilən islahatlar zabit kadrların hazırlığı prosesini həm sürətləndirdi, həm də tənzimlədi.

Son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatlar, müxtəlif təyinatlı təlimlər, vətənpərvərlik tədbirləri şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığını nəzərəçarpacaq dərəcədə yüksəltdi. İndi ordumuz bölgənin ən güclü ordusudur, dünyanın ən güclü orduları sırasındadır. Bu güc 2016-cı ilin Aprel döyüşlərində təsdiqləndi. 2018-ci ilin yayında Azərbaycan Ordusunun yaranmasının, payızında Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlarda qüdrət səviyyəsində bir daha təsdiqini tapdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu, daxili siyasəti iqtisadiyyatını yüksəltdi. Bu dinamik yüksəliş ordu quruculuğunun yeni mərhələsinin uğurla davam etdirilməsində əsaslı vasitələrdən biri oldu.

"Hərbi xidmətə başlayanda nəyi qoruyacağını bilən gənc əsgər necə qoruyacağını zabitlərdən, komandirlərindən, təcrübəli əsgər yoldaşlarından öyrənir. Vətəni qorumaq onların, Vətəni qoruyanları milli mətbəximizin yüksək kalorili və ləziz xörəkləri ilə təmin etmək bizim vəzifə borcumuzdur.

Azərbaycan Ordusunun ərzaq təminatı ən qabaqcıl ordularla müqayisə ediləcək səviyyədədir və bu təchizat ilbəil yüksəlməkdədir. İctimaiyyət bu yüksəlişi Müdafiə nazirinin tapşırığına əsasən keçirilən "Açıq qapı” günlərində əyani şəkildə görür, belə təchizatla qürurlanır. Bunlar ordu-ictimaiyyət münasibətlərinin dönməzliyini təmin edən amillərdəndir”, - deyə polkovnik qeyd edib.

E.Yəhyayev vurğulayıb ki, son illər onlarla yeni hərbi hissə inşa edilib, onlarla hərbi hissə əsaslı təmir olunub. Yeni inşa edilən hərbi hissələrin ikisinin açılışında Ali Baş Komandan da iştirak edib. Bu, şəxsi heyətin mənəvi-psixoloji hazırlığında əlavə stimul verib. İnşa edilən, əsaslı təmir olunan hərbi hissələrdə əsgər yeməkxanalarının proyektləri Maddi-Texniki Təminat Baş İdarəsinin Arxa Cəbhə İdarəsi ilə konkret olaraq Ərzaq Xidməti İdarəsi ilə razılaşdırılır. Nəticə etibarilə bu razılaşma həm yeməkxanaların estetik biçimində, həm də təbii işıqlandırılmasının təmin olunmasında əhəmiyyətli olur. İstər yeni inşa olunan, istərsə də əsaslı təmir edilən hərbi hissələrdə anbarlar yenilənir, ən müasir qurğularla, soyuducularla təchiz edilir ki, bu da müxtəlif növ ərzaqların keyfiyyətli saxlanılması, yeməklərin keyfiyyətli hazırlanmasını təmin edir. Hərbi hissələr bütün infrastrukturlarla təmin olunur. Bütün bunlar yüksək keyfiyyətli ərzaqlardan hazırlanan xörəklərin yüksək keyfiyyətli olacağına zəmanət deməkdir.

Hərbi hissələrdə yeniləşmə prosesi davam edir. Deməli, bizim xidmət sahəmizdə də yeniləşmə gedir. Bu, bizim fəaliyyətimizdə məsuliyyətimizi, xidməti vəzifələrimizi daha həssaslıqla yerinə yetirməyimizi tələb edir. Biz yüksək təminata malik olan şəxsi heyətə yüksək səviyyədə xidmət göstərməyi vəzifə borcu bilirik.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tövsiyələri və göstərişləri əsasında Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən hərbi hissələrdə də yenidənqurma tədbirlərini yüksək səviyyədə təmin edib. Bunun nəticəsidir ki, əksər hərbi hissələrdə çörəkbişirmə sexi var, bu da şəxsi heyətin vaxtında isti, təzə çörəklə təmin edilməsi, əlavə işçi qüvvəsinə qənaət olunması deməkdir.

Bu günlərdə açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Maddi-Texniki Təminat Baş İdarəsinin yeni mərkəzi ərzaq anbarı istifadəyə verildi. Ən müasir saxlama vasitələrilə - quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz edilən 500 tonluq anbarlar ordunun şəxsi heyətini yüksək keyfiyyətli ərzaqlarla və konservləşdirilmiş ərzaq məhsulları ilə bundan sonra da yüksək səviyyədə təmin edəcək. Vəzifəsi hərbi hissələrə yüksək keyfiyyətli xidmət göstərmək olan Ərzaq Xidməti İdarəsinin Mərkəzi anbarla bir sırada bölgələrdə də saxlama bazaları və anbarları vardır ki, bunlar da istər məsafə, istərsə də yüksək keyfiyyətli və operativ xidmət baxımından gərəklidir.

Yeni ərzaq anbarının açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verdi. Biz bu tapşırıqları da böyük məsuliyyətlə yerinə yetirəcəyik.

Xidmət rəisinin sözlərinə görə, yüksək keyfiyyətli yeməklər üçün yüksək keyfiyyətli ərzaq məhsulları lazımdır. Bu baxımdan müqaviləyə əsasən təminedici təşkilatlar bizim sifarişlərimizi çeşid və keyfiyyət amili əsasında mərkəzi bazaya, bölgələrdəki bazalara və saxlama anbarlarına təhvil verir. Ərzaq məhsulları, eləcə də konservləşdirilmiş məhsullar bizim struktura daxil olan, nəzarətimiz altında fəaliyyət göstərən laboratoriyalarda ciddi yoxlanılır. Laboratoriya yoxlamalarından əlavə baytarlıq yoxlamaları da aparılır ki, belə yoxlamalar ərzaq təminatının keyfiyyətini təmin edir.

Hərbi hissələrdə əsgərlərə şəraitə, şəxsi heyətin sayına və hərbi hissənin yerinə yetirdiyi vəzifələrin mahiyyətinə görə iki növ xidmət göstərilir: servis xidməti və özünəxidmət. Şəxsi heyəti çox olan hərbi hissələrdə servis xidmətinin tətbiqi məqsədəuyğun deyil - kifayət qədər çox sayda qab-qacaq istifadə olunur, masaların yeməyə hazırlanması və yığılması xeyli vaxt aparır ki, bu da günün nizam qaydalarına riayət edilməsinə mane ola bilir. Digər tərəfdən, servis xidməti həm də şəxsi heyətin sayından asılı olaraq əlavə işçi qüvvəsi deməkdir. Özünəxidmətdə hər əsgər kombinə edilmiş sinidən istifadə edir ki, bu xidmətdə həm vaxta, həm də iş qüvvəsinə qənaət olunur. Bunlar yeməyin təşkilinin mexanizmidir. Etiraf olunur ki, əsgərlərimizin yeməkləri dadlı olur - ordu quruculuğunda həyata keçirilən islahatlardan sonra yeməkləri qadınlar, bir də ərzaq xidməti idarəsinin xətti ilə aşpazlıq kursunu bitirən əsgərlər bişirirlər.

"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə hərbi hissələrdə milli yeməklərə daha çox üstünlük verilir. Onu da qeyd etmək lazımdır ki, əsgərlərimiz üçün hazırlanan konservləşdirilmiş qidalarda da milli yeməklər üstünlük təşkil edir. Bütün bunlar, yuxarıda qeyd etdiyim kimi, laboratoriyalarda ciddi şəkildə yoxlanılır, yəni, həm bişirilən yeməklər, həm də konservləşdirilmiş yeməklər dadlı olur.

Bütün növ qablaşdırmalar, konservləşdirmələr birmənalı şəkildə dövlət standartlarına müvafiq, müəyyənləşdirdiyimiz keyfiyyəti yüksəltməni təmin edən şərtlərimiz əsasında aparılır. İstər qablaşdırılma, istərsə də konservləşdirilmə prosesinə bizim ekspertlər nəzarət edirlər. Bu səbəbdən keyfiyyət həmişə təmin olunur.

Neçə illərdir ki, "Beynəlxalq Ordu Oyunları” yarışları çərçivəsində "Səhra mətbəxi” müsabiqəsi keçirilir. Azərbaycan bu yarışmada yüksək məsuliyyətlə təmsil olunur. Azərbaycanın hərbi "Səhra mətbəxi” bu yarışmalarda həmişə fərqlənib. Qürurla qeyd etməyi lazım bilirəm ki, yarışlar zamanı Azərbaycana aid pavilyonun qarşısında həmişə böyük növbə olur. Bu, Azərbaycanın mətbəxinə, mətbəx mədəniyyətinin timsalında Azərbaycan mədəniyyətinə marağın, ehtiramın, sevginin təzahürüdür.

Ordu quruculuğuna diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə idarəmizin şəxsi heyəti adından minnətdarlığımı bildirirəm.

Xidmət sahəmizin şəxsi heyəti Müdafiə Nazirliyi rəhbərliyinin bütün tələb və göstərişlərini böyük məsuliyyətlə, Hərbi anda, dövlətə, dövlətçiliyə böyük sədaqətlə yerinə yetirir”, - deyə Eldəniz Yəhyayev bildirib.


Oxunub: 486






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim