reklam
USD
23 ℃
EUR
BAKI

“Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdı

XƏBƏR / 26.01.2020 23:21
"Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdı



"Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdı
"Heç bir səbəb, əsas olmadan dostumuz, illərin media kapitanı, qələm adamı, çirkabdan uzaq Zahir Əzəmətin namizədliyi qeydə alınmadı. Tək səbəb odur ki, spiker Oktay Əsədov həmin dairəyə təkrar deputat düzəlmək istəyir. Ona görə də Zahir bəyə mane oldular”.

Kainat.tv xəbər verir ki, bunu yazar Aysel Əlizadə sosial şəbəkədə paylaşıb. O, sözlərinə belə davam edib:

"Oktay müəllim yaşadığım dairədə (8 saylı Binəqədi birinci Seçki Dairəsi) əvvəl deputat olub. Biz o müəllimin nə üzünü görmüşük, nə səsini eşitmişik. Sonra öz yerinə Azay Quliyev adlı şəxsi göndərib, həmin şəxsi də şəxsən mən sakin olaraq bircə dəfə görmədim. (Bu da ayrıca əhvalatdı, ətraflı yazacam.) Gələk Zahir bəyə. DSK-dan bildiriblər ki, bəyin hansısa əmlak məsələsində uyğunsuzluq var deyə namizədliyi qəbul edilə bilməz. Bu bəhanə lap belə xüsusi həyasızlıqdı ha!

Görən, MSK DSK və bütün bu işə baxan SK-lar Oktay müəllimin malının, mülkünün, əmlaklarının hesabatını yığıb yığışdıra biliblərmi ki, Zahir bəyin ata mülkünün sənədlərində hansısa uyğunsuzluq tapıblar? Oktay müəllimin Novxanıda bağı var. Uzun illər o kənddə zibildaşıma olmadı, yollar bərbad idi, suyu ancaq öz bağına çəkdirmişdi, təsəvvür edin. Bizim ərazidə gözəl bir futbol meydanı vardı, oranı dağıdıb Tennis Akademiyası tikib bu kişini rəhbər qoydular. Bəh! İndi o Tennis Akademiyası dönüb ticarət mərkəzinə. Həyətində kafe işlədən kim, çayxana açan kim, yan-yörəsini icarəyə veriblər, market, bank, dükan nə istəsən var -tennisdən başqa. Yadınızdadısa, bir türkiyəli danışırdı ki, yarışa komanda dəvət etmişdik Avropadan, Tennis Akademiyasında məşq üçün topu da onlara satırdılar, rəzalət idi.

"Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdıİndi bu özünüburaxan parlamentin qocaman sinifkomu təzədən namizədliyini verməsi azmış kimi oğul-uşağı yaşında cavan adamlara da əngəl olur, imkan vermir özlərini sınasınlar. Herontokratik hakimiyyətin davam etməsi üçün əlindən gələni edir, baxmayaraq ki, yaşlıların hakimiyyətinə son qoymaq, ölkəni yeni beyinlərə ötürmək dövlətin islahat paketinin tərkib hissəsidi.

Bilirsiz, bizə uşaqlıqdan yaşlılara sayğılı olmağı öyrədiblər. Amma deməyiblər ki, o yaşlı da gərək özünə hörmət qoya. Özünə hörmət etməyən adama sən hörmət etdin nə olacaq, etmədin nə?

Bizə belə ağsaqqallıq məktəbi, belə deputat, belə spiker lazım deyil.

Gürcüstan spikeri İrakli Kobaxidze yadınızda? Rusiyadan gələn qonağa kürsüsünü vermişdi deyə xalqı ayağa qalxdı. Bakıda səfərdə idi. Təcili ölkəsinə dönüb istefa verdi. Siyasi mədəniyyət deyilən anlayış var. Bizim spiker qopmaq bilmir kürsüdən. Hələ həmin o istefa verən cavan gürcü spiker yaşda adamların deputat demirəm e, namizəd olmasına əngəl yaradır”. 
catciTV


Oxunub: 900






SON XƏBƏRLƏR

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Əlaqə

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim